• Ana səhifə |
Subscribe by RSS or RUS
» » RİH başçısı yanında Apellyasiya Şurasının iclası keçirilib

RİH başçısı yanında Apellyasiya Şurasının iclası keçirilib

Yazar Ismayilli
//
21 mart 2016
//
//
Oxunub 528
//
İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurasının iclası keçirilib.
İclasda 4 mart 2016-cı il tarixində Bakı şəhərində keçirilən Apellyasiya Şurasının işlərinə həsr olunmuş seminar-müşavirənin nəticələri müzakirə olunub.
Şuranın sədri, rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov Apellyasiya Şurasının yaradılma səbəbləri, işi və bu ictimai qurumdan gözləntilər barədə söhbət aparıb, qarşıda duran vəzifələr və şuranın fəaliyyətinin təşkili istiqamətində görüləcək işlərə dair Şura üzvlərinə tövsiyə və tapşırıqlar verib.
RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov yeni yaradılan ictimai qurumun Əsasnaməsi, hüquqi vəzifələri və iş prinsipi barədə açıqlama verib. O həmçinin Şura üzvlərini maraqlandıran sualları cavablandırıb.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!