• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Təşəkkür məktubu

Təşəkkür məktubu

Yazar Ismayilli
//
21 mart 2016
//
//
Oxunub 551
//
Georgiy Pryaxin Dövlət müşaviri Kamal Abdullayevə təşəkkür məktubu göndərib
“Художественнаya литература” nəşriyyatının baş redaktoru, professor Georgiy Pryaxin Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevə təşəkkür məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “ Hörmətli Kamal Abdullayev! Rəhbərlik etdiyiniz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərən qış məktəbində iştirak etməyimə imkan yaratdığınız üçün Sizə ürəkdən minnətdaram.
Təşəkkür məktubu
Deməliyəm ki, təşkil olunan mühazirə və diskussiyalar əsnasında şəxsən mən özüm yeni və ibrətamiz mətləbləri öyrəndim. Mənə elə gəlir ki, Azərbaycanın bu aktual sferadakı təcrübəsi Rusiyada da, bütün dünyada da qəbul edilməyə layiqdir.
Şəxsimə yönələn diqqət və qayğıya görə Sizə təşəkkür edirəm hörmətli Kamal Abdullayev! Birgə layihəmiz üzərində məmnuniyyətlə çalışmağa başlamışam. Sizin Moskvaya səfərinizi gözləyirəm. Əlinizi möhkəm sıxıram!
Sizin Georgiy Pryaxin”
Qeyd edək ki, G.Pryaxin 8-15 fevral tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi çərçivəsində Bakıda olub, tələbələrlə görüş keçirib.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!