Ana haqqı Tanrı haqqıdır » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Ana haqqı Tanrı haqqıdır

Dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi bir hiss yoxdur. İlk dəfə gözümüzü həyata açanda başımızın üstündə səni görmüşük, ana. Hər birimizin ilk eşitdiyi, duyduğu səs ana səsidir. Ana laylasından qidalanıb, şirin kəlmələri ilə böyüyür körpələr. Anaların zərif qolları üstündə, şirin laylaları ilə yuxuya getmişik. Anamızın çaldığı laylalarla dünyanın bütün gözəllikləri canımıza, qanımıza hopub. Ana, sənsən qarşında baş əydiyim, hər cür ehtirama layiq Azərbaycan qadını.
Bəlkə də biz yeganə xalqıq ki, analarımız öz övladlarını layla ilə əzizləyir, tərbiyə edir. Muğamımızın, “Segah”ımızın ilk notu da ana laylasından su içib. Laylalar bizim ilk eşqimiz, fəxrimiz, qürurumuzdur. Dünyada ana laylasından daha gözəl bir nəğmə, anadan daha gözəl bir nəğməkar yoxdur:
Ana haqqı Tanrı haqqıdır
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində
Şirin yuxu tapasan.
Analar övladına təkcə layla demir, həm də min bir əziyyətə qatlaşaraq onu böyüdüb, boya-başa çatdırır. Ana müqəddəsdir. Bu səbəbdən də incəsənətin bütün növlərində ana mövzusuna müraciət edilir. Heykəltəraşlar, rəssamlar, bəstəkarlar, şair və yazıçılar öz şah əsərlərini məhz bu mövzuda işləyirlər. Ana əlçatmaz bir zirvədir.
Ümummilli liderimiz Heydər Əliyev ana haqqında fikirlərini belə ifadə edir: “Ana hər bir insan üçün müqəddəsdir”.
Azərbaycanın görkəmli şair-dramaturqu Bəxtiyar Vahabzadənin məşhur “Ana” şerindən bir parça misal göstərsək, ananın müqəddəsliyinin şahidi olarıq:
Anam namaz üstə əl açıb göyə,
Allaha yalvarır ”ya rəbbim” deyə,
Sənsən xəlq eyləyən göyləri, yeri,
Candan şirin olur, bala ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Ana adı çəkilən kimi hər kəsin ürəyindən xəfif bir hisslər keçir. Sevinəndə də, kədərlənəndə də gözlərimiz ana axtarır. Mənim də arzularımın həyata keçməsinə bir vasitə olan həssas, həzin, musiqili qəlbimdə şahlıq taxtında oturan gözəl anam var. Anamın varlığı nəticəsində insan adının bu qədər şərəfli olduğunu anladım. Mənə görə, hər bir övlad anasına hörmətlə yanaşmalı, qayğı göstərməli, ömrünün sonunadək qulluğunda durmalı, nəvaziş göstərməlidir. Anam mənim üçün borcunu heç vaxt və heç cür qaytara bilməyəcəyim yeganə varlıqdır.
Gəlin, analarımızın qədrini sağlığında bilək! Onların bizdən umduqlarını onlardan əsirgəməyək. Öz övladlıq borcumuzu layiqincə yerinə yetirək. Allah bütün analara can sağlığı, uzun ömür fəxr edəcəyi övladlar və xoşbəxt günlər qismət etsin!
Əziz anamın timsalında bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Onlara qadın səadəti, xoşbəxtlik arzu edirəm.
Ana haqqı Tanrı haqqıdır
Mənsubə Vahabzadə,
şəhər 5 nömrəli tam orta məktəbinin XI sinif şagirdi
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter