• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Multikulturlizm ili çərçivəsində elmi konfrans keçirilib

Multikulturlizm ili çərçivəsində elmi konfrans keçirilib

Yazar Ismayilli
//
21 mart 2016
//
//
Oxunub 373
//
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. Bununla bağlı İsmayıllı rayonunda da müxtəlif xarakterli tədbirlər icra olunur.
Martın 17-də rayonda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dövlət din münasibətləri, tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindədir” mövzusunda elmi konfrans keçirilib.
Multikulturlizm ili çərçivəsində elmi konfrans keçirilib
Heydər Əliyev Mərkəzində öz işinə başlayan konfransı giriş sözü ilə RİH-nin başçısı, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi Mirdaməd Sadıqov açıb. O, ölkə başçısının tolerantlıq və multikulturalizm sahəsində gördüyü dünya əhəmiyyətli işlər barədə məlumat verib, dini dözümlülyün, tolerantlığın, multikulturalizmin dövlət siyasətinin başlıca istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru İsaxan Vəliyev, RİH başçısı yanında dini komissiyanın sədri, RİH başçısının birinci müavini Rövşən Ağayev, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, dövlət qulluğu veteranı Valeh Salehov, İvanovka kənd tam orta məktəbinin direktor müavini Nadejda Jabina, Sumağllı kənd tam orta məktəbinin tarix müəllimi Rza Salahov çıxış edərək dövlət-din münasibətləri, tolerantlıq və multikulturalizmin inkişaf perespektivləri barədə danışıblar.
Çıxış edənjər qeyd ediblər ki, ölkəmiz tolerant və multikultural dəyərləri ilə dünyaya bir nümunədir. Ulu öndərin dövlət-din siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirlir, Azərbaycan dünyada multikulturalizmin mərkəzinə çevrilir.
Sonda Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin məsul işçisi Sərraf Hüseynov yeni nəsr olunmuş “Azərbaycan multikulturalizminin bədii qaynaqları” kitabını İsmayıllı Cümə məscidinə hədiyyə edib.
Multikulturlizm ili çərçivəsində elmi konfrans keçirilib
Konfransdan əvvəl Cümə məscidi nəzdində udulmuş qrant layihəsi əsasında təşkil edilən kitabxananın açılışı olub.
Murad Məhərrəmov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!