• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İşini sevən müəllim

İşini sevən müəllim

Yazar Ismayilli
//
21 mart 2016
//
//
Oxunub 625
//
Müasir məktəb gələcək üçün daha bilikli insanlar hazırlamaq kimi bir sahəyə cavabdehdir. Məktəb yeni insanların tərbiyəsində böyük rol oynayır. Məktəbdə uşaqlar arasında qarşılıqlı münasibətlərin bütün strukturunun daha dərindən, yenidən qurulması baş verir. Burada uşaqlarda ilk dəfə olaraq ictimai əhəmiyyətli icbari fəaliyyət – işgüzar münasibətlər sisteminin formalaşmasına təkan verən təlim meydana çıxır. Həm şəxsi, həm də işgüzar münasibətlər eyni vaxtda, uşağın məktəbə gəldiyi ilk gündən yaranmağa başlayır. Bu münasibətləri qurmaq isə biz müəllimlərin üzərinə düşür.
İşini sevən müəllim
Cəmilə Ağamusa qızı Səlimova 7 avqust 1982-ci ildə Göyçay şəhərində dünyaya göz açıb. Göyçay şəhər Nizami Gəncəvi adına 7 nömrəli məktəbdə orta təhsil alıb. İngilis dili müəllimi ixtisası üzrə Gəncə Dövlət Universitetini bitirən kimi, 2003-cü ildən Göyçay rayon Çayarxı kəndində işə başlayanda, şagirdlərə gələcəyin gözü ilə baxmağı, onların dünyagörüşünü zənginləşdirməyi, mənəvi kamilliyə və fəal həyat mövqeyinin formalaşmasını qarşısına məqsəd qoyub. Əvvəl adını çəkdiyi, hazırda çalışdığı məktəbdə böyük təcrübə, mehriban kollektiv və intellektual şagirdlərlə birgə işləmək ona zövq verir.
2009-cu ildən İsmayıllı şəhərində A.Aslanov adına 2 nömrəli tam orta məktəbində, 2014-cü idən isə E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə müəllim kimi fəaliyyətində də gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxs olduğunu bir daha dərk edib. Cəmiyyət ən qiymətli sərvətini – uşaqları, öz ümid və gələcəyini müəllimlərə etibar edildiyini və bunun məsuliyyətini anlayır, şagirdələrinə təhsil almalarında bütün gücünü, bilik və bacarığını sərf edir.
Hər kəsə bəllidir ki, müəllim tədris etdiyi fənnin elmi cəhətlərini yaxşı bilməli, bu sahədəki inkişafı, tədqiqatları, nailiyyətləri izləməli, orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilgiyə malik olmalıdır. Dərin bilik, geniş dünyagörüşü şagirdlər qarşısında fənnin tədris prosesini tam reallaşdırır. Bu bacarığa sahib olmaq, savad dərəcəsini durmadan artırmaq hər bir müəllim üçün təqdirəlayiq haldır.
Bunu bilən Cəmilə müəllim Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə British Councilin təşkil etdiyi “XXI əsr müəllimləri” proqramı çərçivəsində fəal müəllim sertifikatını və Təhsil Naziriliyinin ixtisasartırma üzrə sertifikatına yiyələnib. Uğurlu fəaliyyətinə görə İsmayıllı Rayon Təhsil Şöbəsinin Fəxri fərmanına layiq görülüb.
Seindirici haldır ki, Cəmilə müəllim rayonun ictimai həyatında fəallıq göstərir. O, rayonda yenicə fəaliyyətə başlayan “İnnovasiya” gənclər birliyinin təşkilat komitəsinin üzvü və həmçinin təşkilatın təsisçilərindən biridir. Əlbəttə, göstərilən fəallıq diqqətdən qaçmır. Onu hamı öncül bir müəllim kimi tanıyır.
2013-cü ildə Cəmilə müəllim “Mədət” təşkilatının keçirdiyi MPST kursunu da müvəfəqiyyətlə bitirib.
Şagirdlərə verdiyi yüksək təhsilə görə həmin ildə “Araz kursları” tərəfindən təşəkürnamə alıb.
Bəli, o, gəncdir. Azərbaycan dövlətinin gələcəyi olacaq uşaqlara və yeniyetmələrə bir müəllim olmaqla bərabər, eyni zamanda ana məsuliyyəti ilə yanaşır.
Ulu öndərimiz də müəllimə həmişə yüksək qiymət vermiş, müəllim haqqında gözəl sözlər söyləmişdir. Onun müəllim haqqında dediyi “Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini - uşaqların tərbiyəsini yalnız ona etibar edir” fikri hər zaman Cəmilə müəllim üçün bir şüar olacaqdır.
Müəllimlik müqəddəs peşədir. Gənc müəllim yaxşı bilir ki, yetişdirdiyi hər bir şagird qiymətli bir xəzinədir, gələcəkdə xalqımıza xeyir verəcək layiqli bir vətəndaşdır. Şagirdlərinin qazandığı uğur çəkilən bütün əziyyətlərin ağrısını bir anda silir, yerini xoş bir məmnunluq, sevinc hissi tutur.
L.N.Tolstoy demişdir: “Əgər müəllim ancaq işini sevirsə, o yaxşı müəllim olacaq. Əgər müəllim bir ata, bir ana kimi şagirdi sevirsə, o, bütün kitabları oxuyan, lakin nə işini, nə də şagirdləri sevməyən müəllimdən yaxşı müəllim olacaq”.
Əsli Süleymanzadə

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!