• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Məktəblə universitet bir arada

Məktəblə universitet bir arada

Yazar Ismayilli
//
21 mart 2016
//
//
Oxunub 847
//
İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivi ilə Yaponiyanın Tsukuba Universitetinin tələbələri bir arada olublar.
Yaponiyanın Tsukuba Universitetinin Humanitar və sosial elmlər kafedrasının dosenti Sey Matsuşita, həmin universitetin Sosial və Beynəlxalq Araşdırmalar fakiltəsinin I-III kurs tələbələri - Hiroki Saito, Sakurako Mamada, Şunsuke Kunii 13 mart 2016-cı il tarixində Heydər Əliyev Mərkəzində İsmayıllı şəhər I.Həsənov adına 1 nömrəli tam orta məktəbinin distant yapon dili kursunda təhsil alan və Yaponiyada mübadilə proqramında iştirak edən şagirdlərə görüşüblər.
Məktəblə universitet bir arada
Distant yapon dili kursunun koordinatoru Aytəkin Əhmədova və şagirdlər qonaqları İsmayıllı rayonunda görməkdən məmnun olduqlarını söyləyiblər. Şagirdlərin hər biri qonaqlara özünü yapon dilində təqdim edib maraqlı suallarını professor Sey Matsuşitaya ünvanlayıblar.
Şagirdlərdən Şamxal İsrayılzadə, Ülkər Aslanlı, Aysu Cəfərova gələcəkdə təhsillərini Yaponiyada davam etdirmək arzusunda olduqlarını bildiriblər.
Sey Matsuşita İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin adının ADU və ADA kimi universitetlərlə yanaşı çəkildiyini, Azərbaycanın orta məktəbində ilk dəfə olaraq distant yolla yapon dilinin tədrisinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, Yaponiyada mübadilə proqramında iştirak edən və yapon dili öyrənən şagirdlər gələcəkdə təhsillərini imzalanmış əməkdaşlıq müqaviləsi əsasında Yaponiyanın universitetlərində davam etdirə biləcəklər.
Qeyd edək ki, İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Aytəkin Əhmədovanın yaratdığı bu distant kursda 15-dən çox şagird yapon dilini öyrənir.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!