• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Gəncə “İmamzadə” dini-kompleksində açılış mərasimi

Gəncə “İmamzadə” dini-kompleksində açılış mərasimi

Yazar Ismayilli
//
04 mart 2016
//
//
Oxunub 1165
//
Gəncə “İmamzadə” dini-kompleksində açılış mərasimiAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Ölkə rəhbəri hər bir bölgənin sosial-iqtisadi inkişafı, həyata keçirilən infrastruktur layihələri, yeni yaradılan sənaye və kənd təsərrüfatı istehsalı sahələri ilə özü yaxından tanış olur, yeni inşa edilmiş, əsaslı təmir olunmuş və yenidən qurulmuş obyektlərin açılışını edir, əhalini narahat edən problemlərin həlli üçün müvafiq tapşırıqlar verir.
Məlum olduğu kimi, fevral ayının 17-də cənab Prezident ölkəmizin qərb zonasına səfər etmiş, Gəncə şəhərində bir sıra obyektlərin, eyni zamanda “İmamzadə” məscid-kompleksinin açılışını etmişdir.
Ölkə rəhbəri kompleksdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuş, Respublikanın bütün bölgələrindən dəvət olunmuş nümayəndələrlə görüşmüşdür.
Azərbaycanın müxtəlif bölgələrində Məhəmmməd Peyğəmbərin nəslindən olan müqəddəslərin məzarları vardır. Onlar imam övladı olduqları üçün həmin yerlər “İmamzadə” adlandırılıb, müqəddəs məkan olaraq tarix boyu xalq tərəfindən müqəddəs ziyarətgah kimi tanınıb. Azərbaycan ərazisində Naxçıvanda, Şamaxıda, Bərdədə, Masallıda “İmamzadə” adlı ziyarətgahlar mövcuddur.
Belə ziyarətgahlardan biri də Gəncədəki VIII əsrə aid “İmamzadə” dini-mədəniyyət kompleksidir. Xalq arasında bu məscid “Göy günbəz”, “Göy məscid”, “Göy imam” kimi tanınır. Bu abidə ölkəmizin ən dəyərli dini-memarlıq abidələrindəndir.
Burada beşinci imam Məhəmməd Baqinin oğlu İbrahim dəfn olunub. Kompleksin ən qiymətli abidəsi olan türbənin XIV əsrin sonu, XV əsrin əvvələrində tikildiyi ehtimal olunur. Ətraf kompleks abidələri isə XVII əsrdə inşa edilmişdir.
“İmamzadə” dini-abidəsi müxtəlif vaxtlarda, eyni zamanda ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə də təmir olunmuşdur. Ulu öndərin səyləri nəticəsində “İmamzadə” məscidi sovet dövründə rəsmi dövlət qeydiyyatından keçən yeganə ziyarətgah olmuşdur. Bu tarixi abidə Gəncənin qədimliyinin, eyni zamanda şəhərin islam aləmindəki yerinin göstəricisidr.
İnsanların inam və inac yeri olan bu məbəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam və tapşırığına əsasən əsaslı təmir olunmuş, yenidən qurulmuşdur. Yerləşdiyi sahədə abadlıq və quruculuq işləri aparılaraq gözəl bir məkana çevrilmişdir.
Gəncə “İmamzadə” dini-kompleksində açılış mərasimiCənab İlham Əliyev fevralın 17-də Kompleksin yenicə təmirdən çıxmış möhtəşəm zalında respublika ictimaiyyət nümayəndələri və din xadimləri ilə görüşdü. Mərasim müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlandı. Dövlət başçısı mərasimdə geniş və ətraflı nitq söylədi. Müstəqillik dövründə 2 minə yaxın məscidin, digər dini məbədlərin tikildiyini diqqətə çatdırdı. Məscidlərlə yanaşı pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi və təmirinin aparıldığını da qeyd etdi. 2014-cü ildə ölkəmizdə ən böyük məscidin - Heydər məscidinin tikilib dindarların istifadəsinə verildiyini, bu abidənin müsəlman aləminin mühüm tarixi, memarlıq, həmçinin dini abidəsi olduğunu mərasim iştirakçılarına bildirdi.
Cənab İlham Əliyev fevralın 17-də Kompleksin yenicə təmirdən çıxmış möhtəşəm zalında respublika ictimaiyyət nümayəndələri və din xadimləri ilə görüşdü. Mərasim müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlandı. Dövlət başçısı mərasimdə geniş və ətraflı nitq söylədi. Müstəqillik dövründə 2 minə yaxın məscidin, digər dini məbədlərin tikildiyini diqqətə çatdırdı. Məscidlərlə yanaşı pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi və təmirinin aparıldığını da qeyd etdi. 2014-cü ildə ölkəmizdə ən böyük məscidin - Heydər məscidinin tikilib dindarların istifadəsinə verildiyini, bu abidənin müsəlman aləminin mühüm tarixi, memarlıq, həmçinin dini abidəsi olduğunu mərasim iştirakçılarına bildirdi.
Cənab Prezident Azərbaycanda dövlət-din münasibətlərinin yükəsk səviyyədə tənzimləndiyini, ölkəmiz üçün bunun böyük əhəmiyyət daşıdığını söylədi. Ölkə başçısı onu da nəzərə çatdırdı ki, hazırda müsəlman aləmində vəziyyət o qədər də ürəkaçan deyil, yeni qarşıdurmalar, zidiyyətlər mövcuddur. Bu, müsəlman ölkəsi olaraq bizi də narahat edir.
Azərbaycanda tolerantlıq mühitinin hökm sürdüyü, multikulturalizmin dünyaya bir nümunə olduğunu diqqətə çatdıran ölkə başçısı burada bütün xalqların, bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını qeyd etdi. Cənab Prezident: “Bu,bizim böyük sərvətimizdir”- söylədi. Azərbaycanda multikulturalizm yaşayır və inkişaf edir. Bu sahədə Azərbaycan nümunəsi dünyaya bir mesajdır.
Gəncə “İmamzadə” dini-kompleksində açılış mərasimiCənab İlham Əliyev qeyd etdi ki, bugünkü mərasimdə ölkəmizin hər bir bölgəsindən din xadimləri, İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar iştirak edirlər. Onları mən dəvət etmişəm. Çünki “İmamzadə” abidəsi bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşen, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete, Gəncə Dövlət Universitetinin dekanı Mübariz Yusifov çıxış edərək dindarlara göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər. Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Qurani-Kərimi, Gəncə Dövlət Universitetinin dekanı Mübariz Orucov isə yenicə nəşr etdirdiyi “Gəncə İmamzadə ziyarətgahı” kitabını dövlət başçısına hədiyyə etdi.
“İmamzadə” məscidinin açılış mərasimində rayonumuzun nümayəndələri də iştirak etmiş, maraqlı təəssüratlarla geri qayıtmışlar. Rayonda dini icma sədrlərinə “İmamzadə” abidəsi barədə ətraflı məlumat verilmişdir. Yaxın vaxtlarda rayonda dövlət-din münasibətləri, tolerantlıq və multikulturalizmlə bağlı seminar-müşavirənin keçirilməsi planlaşdırılmışdır.
Murad Məhərrəmov,
İsmayıllı RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, seminar- müşavirə iştirakçısı

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!