• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xocalı faciəsinin 24-cü ildönümü ərəfəsində İsmayıllıda məcburi köçkünlərlə görüş

Xocalı faciəsinin 24-cü ildönümü ərəfəsində İsmayıllıda məcburi köçkünlərlə görüş

Yazar Ismayilli
//
04 mart 2016
//
//
Oxunub 646
//
Xocalı faciəsinin 24-cü ildönümü ərəfəsində İsmayıllıda məcburi köçkünlərlə görüşİsmayıllı rayonunda 867 ailədə 3500 nəfər məcburi köçkün müvəqqəti məskunlaşıb. 17 Xocalı köçkünü ailəsi Ruşan, Vəng, Kürdmaşı və Tubukənd kəndlərində yaşayır. Xocalıdan olanlar görüşdə iştirak edib. Tədbir Gənclər Mərkəzinin akt zalında keçirilib.
Millət vəkili Novruz Aslanov da məcburi köçkünlərlə görüşdə iştirak edib.
Hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, ərazilər üzrə icra nümayəndələri və bələdiyyə sədrləri də görüş iştirakçılarının sırasında olub.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. Xocalı faciəsinin baş vermə səbəblərindən və səbəbkarlarından, tarixi düşmənlərimizin törətdiyi vəhşiliklərin tədricən də olsa dünya ölkələri tərəfindən soyqırım kimi tanınmasından ətraflı danışıb.
Xocalıda, Qarabağ müharibəsində şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mirdaməd Sadıqov Dövlət səviyyəsində məcburi köçkünlərə göstərilən hərtərəfli qayğıdan söz açıb. Cəmiyyətin üzləşdiyi iqtisadi böhran şəraitində belə bu göstərilən diqqətin gündəmdə saxlandığını vurğulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruz Aslanov çıxış edərək “Xocalıya ədalət” kompaniyasının geniş miqyasda davam etməsindən, dövlətin məcburi köçkünlərə yönəlik sosial siyasətinin uğurlarından danışıb, təsərrüfatla ciddi məşğul olanların işini təqdir edib.
Məcburi köçkünlərdən Arif Tanrıvediyev, Zakir Əhmədov, Nəriman Məmmədov, Əyyub Əhmədov, Gülağa Abbasov, Zahid Namazov, Məzahir Şükürov və başqaları çıxış edərək Xocalı faciəsi və onunla bağlı dövlətimizin həyata keçirdiyi hüquqi və siyasi tədbirlərdən, torpaqlarımızın bütövləşməsi üçün Prezident İlham Əliyevin apardığı siyasətdən danışıblar. Çıxış edənlər əsaslı çətinliyin olmadığını, kənd təsərrüfatının inkişafında daha fəal iştirak edəcəklərini bildiriblər.Xocalı faciəsinin 24-cü ildönümü ərəfəsində İsmayıllıda məcburi köçkünlərlə görüş
Mirdaməd Sadıqov arzusu, təklifi, problemi olan hər bir köçkünü diqqətlə dinləyib, məsələlərin icrası üçün aid xidmət təşkilatlarının rəhbərlərinə tapşırıqlar verib.
Xocalıdan olan məcburi köçkün ailələrinə ərzaq yardımı olan bağlamalar göndərilib.
Görüş qarşılıqlı razılıq şəraitində keçib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!