• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Kürdmaşı kəndinin su təchizatı

Kürdmaşı kəndinin su təchizatı

Yazar Ismayilli
//
04 mart 2016
//
//
Oxunub 591
//
Kürdmaşı kəndinin su təchizatı evralın 23-də Kürdmaşı kəndində Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Yaponiya Səfirliyinin vəsaiti hesabına icra edilən “İsmayıllının Kürdmaşı kəndində su təchizatı sisteminin inşası” layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə RİH başçısı Mirdaməd Sadıqov, Yaponiyanın Azərbaycan Respublikasınındakı Fövqəladə və Səlahiyyətli Səfirinin müavini Kenji Aşida, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” üzrə məsləhətçi Hiroşi Seto, “Gənclərin İnkişafı Naminə” İctimai Birliyinin sədri Rafiq İsmayılov, aidiyyəti idarə, müəssisə rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Layihə üzrə qrant müqaviləsi ötən il oktyabrın 9-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Yaponiya səfirliyi ilə “Gənclər İnkişaf Naminə” İctimai Birliyi arasında imzalanıb. Layihə Kürdmaşı kəndində yeni su təchizatı sistemi inşa etmək, beləliklə də sakinlərin suya olan tələbatını qismən ödəmək məqsədi daşıyırdı. Həyata keçirilən layihənin ümumi dəyəri 90,646 ABŞ dolları təşkil edib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mərasimdə çıxış edərək İsmayıllı rayonu, onun sosial-iqtisadi inkişafı barədə danışıb. Azərbaycan-Yaponiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan M.Sadıqov bildirib ki, bu cür layihələr iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfədir.
Mərasimdə çıxış edən Kenici Aşida layihənin başa çatması ilə əlaqədar sakinləri təbrik edib, Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardımın infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə kimi geniş sahələri əhatə etdiyini bildirib. Vurğulanıb ki, təkcə İsmayıllıda kəlağayı istehsalı, Ruşan, Buynuz kəndlərində məktəb binalarının tikintisi, Qalacıq kəndində xəstəxana və digər obyektlər daxil olmaqla ümumilikdə 14 layihə həyata keçirilib.
Yaponiyanın İto şəhəri ilə İsmayıllı şəhərinin qarşılıqlı dostluq əlaqələrindən danışan Kenici Aşida bu əlaqələrin əhəmiyyətindən bəhs edib.
Sonda kənd sakinləri çıxış edərək Yaponiya Səfirliyinə razılıqlarını bildiriblər.
Şahməmməd Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!