• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Biomüxtəlifliyin inteqrasiyası və torpaqların idarə edilməsi

Biomüxtəlifliyin inteqrasiyası və torpaqların idarə edilməsi

Yazar Ismayilli
//
04 mart 2016
//
//
Oxunub 455
//
Biomüxtəlifliyin inteqrasiyası və torpaqların idarə edilməsi
Fevral ayının 20-də “Turan” şadlıq sarayında Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının xətti ilə “Cənubi Qafqazda biomüxtəlifliyin inteqrasiyalı idarə edilməsi” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının nünayəndəsi Şahin Hüseynov, layihə icraçıları, aid idarə-müəssisə və bələdiyyə təmsilçiləri iştirak ediblər.
Layihənin rayonumuzda həyata keçirəcəyi tədbirlər yığıncaq iştirakçıları tərəfindən geniş müzakirə edilib. Bələdiyyə sədrləri və layihənin icrasını üzərinə götürən qurumların nümayəndələrinin təklifləri dinlənilib.
***
23 fevral 2016-cı il tarixdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı əsasında rayonumuzda fəaliyyətini davam etdirən “Azərbaycanın Böyük Qafqaz regionunda torpaq və meşələrin davamlı idarə olunması” layihəsi çərçivəsində “Yay otlaq sahələrində təsərrüfatların davamlı idarə olunması üçün idarəetmə planlarının hazırlanması və fermerlərə texniki dəstəyin verilməsi” mövzusunda seminar keçirilib.
Rayonun aqrar iqtisadiyyatında aparıcı sahə olan və əhalinin məşğuliyyətində mühüm əhəmiyyət daşıyan heyvandarlığın, xüsusilə də qoyunçuluğun yemlə təminatı məsələləri tədbirdə geniş müzakirə olunub.
Yay otlaq sahələrinin yaxşılaşdırılması, torpaq eroziyasının qarşısının alınması və örüşlərin məhsuldarlığının yüksəldilməsi üçün dünya praktikasında öz təsdiqini tapan texnoloji proseslər barədə beynəlxalq ekspertlər məlumat veriblər.
Seminar elmi-praktiki əhəmiyyət daşımaqla fermerləri maraqlandıran məsələlərə və bu istiqamətdə onlara göstəriləcək texniki dəstəyə aydınlıq gətirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafı və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Şahin Hüseynov, layihə icraçıları, eləcə də rayonun bir sıra qoyunçuluq təsərrüfatlarının rəhbərlərindən 20 nəfəri iştirak edib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!