• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Yaşlılara valideyni, gənclərə övladı kimi yanaşır

Yaşlılara valideyni, gənclərə övladı kimi yanaşır

Yazar Ismayilli
//
03 mart 2016
//
//
Oxunub 464
//
Öz sənətini sevən, ona dərindən yiyələnən təcrübəli həkimlərimiz xalq arasında həmişə nüfuz, hörmət
sahibi olublar.
Belə “ağ xalatlılar”mızın fədakarlılığı ilə hər gün neçə-neçə insan həyata qayıdır.
Əhalinin sağlamlığının keşiyində şərəflə duran, onlara can-başla xidmət edən bacarıqlı həkimlər çoxdur. Belələrindən biri İsmayıllı Rayon Mərkəzi xəstəxanasında endokrinoloq vəzifəsində çalışan Bağırova Səmayə Ağabağır qızıdır. O, 1989-cu ildən bu şərəfli sənətin sahibidir, insanların sağlamlığı ilə məşğuldur. Yaxşı həkim, həm də sadə insan olan Səmayə Bağırova mükəmməl tibbi təhsil alıb. 1988-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirib.
Səmayə həkim daim öz üzərində çalışır, bildikləri ilə kifayətlənmir, nümunəvi təcrübəni öyrənməyi ar bilmir, mütaliə edir, müasir tibbi biliklərə yiyələnir, böyük həvəslə tibb elminə aid konfrans və seminarların iştirakçısı olur. O, yeni müalicə üsullarını bacarıqla işə tətbiq edir. Hippokrat andına sadiqliklə xəstələrdən diqqət və qayğısını əsirgəmir. Yaşlılara valideyni, gənclərə övladı kimi yanaşır. Sadalanan xüsusiyyətlərlə bərabər S.Bağırovanı kollektivdə sevimli edən cəhətlərdən biri də gənc həmkarlarına təmənnasız məsləhətçi olmasıdır.
V.Ələsgərova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!