Beynəlxalq Multikulturalizm qış məktəbi iştirakçılarının təəssürütları » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Beynəlxalq Multikulturalizm qış məktəbi iştirakçılarının təəssürütları

Beynəlxalq Multikulturalizm qış məktəbi iştirakçılarının təəssürütları


















Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin yekunları və nəticələri ilə bağlı tədbirdə xarici tələbələr maraqlı və unudulmaz təəssüratlarını bölüşüblər.
Portuqaliyalı Antonio Mendes çıxışında bildirib ki, Azərbaycana gəlməzdən öncə multikulturalizmi ancaq Portuqaliya cəmiyyətinə xas olan bir dəyər hesab edirdi: “Azərbaycana gələndən, sizin bu sahədəki təcrübə ilə tanış olandan sonra görürəm ki, burada da müsbət meyillər özünü büruzə verir. Dini, irqi problemlərin olmadığı cəmiyyətlər sağlam cəmiyyətlərdir. Mənim yaşadığım Portuqaliyada müsəlmanlarla heç vaxt problemlər yaşanmır. Mən özüm Portuqaliya yəhudisiyəm və Portuqaliya-İsrail Dostluq Assosiasiyasının üzvüyəm, tez-tez müxtəlif ölkələrdə oluram və paralellər aparmaq imkanım olur. Ünsiyyətə, dialoqa açıq olan cəmiyyət dərhal gözə çarpır. Mənim yaşadığım ölkədə tolerantlıq ənənələri çox uzaqlardan - XVII-XVIII əsrlərdən gəlir və bu, çox müsbət ənənədir, sabitliyin təməlini möhkəmləndirir. Coğrafi baxımdan bizə yaxın olan Mərakeş müsəlman ölkəsidir. Orada tez- tez oluram və görürəm ki, orada yaşayan insanlar da azaddüşüncəli, saffikirli, ünsiyyətə açıq insanlardır. Mən orada özümü çox azad hiss edirəm. Belə hissləri Azərbaycanda da yaşayıram. Açıq etiraf etsəm, buraya gəlməzdən əvvəl Azərbaycan haqqında cüzi anlayışlarım var idi. İndi görürəm ki, Azərbaycanda yaşayan insanların da hamısı dözümlü, yeniliklərə açıq insanlardır və qəti bildirmək istəyirəm ki, Azərbaycanda gördüklərim mənim gözlədiklərimi qat-qat üstələdi”.
Nigeriyalı İbrahim Akinyemi söyləyib ki, o, ADA Universitetinin tələbəsidir: “Demək istəyirəm ki, bu ali təhsil ocağı özü-özlüyündə multikulturalizm ənənələrini təcəssüm edir. Tam əsasla deyə bilərəm ki, Azərbaycan multikulturalizmi mənə çox yaxın bir anlayışdır. Buradakı dözümlülük, ünsiyyətə açıqlıq təkcə paytaxt üçün deyil, əyalətlər üçün də səciyyəvidir. Biz Beynəlxalq Multikulturalizm qış məktəbi çərçivəsində Qubaya, Xaçmaza, Qusara, Şahdağa səfər etdik və hamımız bir daha şahid olduq ki, tolerantlıq Azərbaycanın hər yerində oturuşmuş dəyərdir. Azərbaycan və Nigeriya hər ikisi bənzər göstəricilərə malikdir: hər ikisi neft ölkəsidir, bizim xalqlar oxşar problemləri həll edir. Ancaq multikulturalizm modelinə gəldikdə deyə bilərəm ki, Azərbaycan multikulturalizmi modeli mənim ölkəm üçün çox yararlı ola bilər. Hətta açıq etiraf etməli olsam, bu model digər Afrika ölkələrinə tətbiq edilsə, xeyli yüngüllük gətirə bilər. Çünki sizin ölkənizdə yaranmış təcrübə əsasında cəmiyyət üçün sabitləşdirici mexanizmlərin tətbiqi çox müsbət təsir göstərə bilər”.
Beynəlxalq Multikulturalizm qış məktəbi iştirakçılarının təəssürütları


















Polşalı Joanna Jasinka diqqətə çatdırıb ki, həyatında ilk dəfədir belə bir məktəbin dinləyicisi olub: “Məni mütəəssir edən odur ki, bu sülhsevər ölkədə dövlət, hökumət, dini və ictimai qurumların nümayəndələri ilə görüşlərdə mən özüm üçün bu qonaqpərvər ölkə barədə çoxsaylı həqiqətləri aydınlaşdırdım. Əvvəla, həmin o qurumların nümayəndələrinə öz adımdan və tələbələrimiz adından dərin təşəkkürümü bildirirəm ki, vaxt tapıb bizə diqqət yetirdilər və eyni zamanda, bizim məlumat bazamızı xeyli genişləndirdilər. Bu, təbii bir şeydir ki, insanları təkcə müsbət emosiyalar, yaxşı anlar deyil, hətta problemlər də yaxınlaşdırır. Biz Azərbaycanda bir şeyin də şahidi olduq ki, burada insanlar təkcə ürəkaçan mətləblərdən deyil, qayğılardan da danışmağa açıqdırlar. Məhz çətinlikləri dəf etdikdə insanlar bəzən bir-birilərinə yaxın olurlar, həmfikirə çevrilib bir çox məsələlərin öhdəsindən gəlməyə qadir olurlar. Şadam ki, biz, 17 ölkənin nümayəndələri məhz Azərbaycanda bir-birimizi tanıyıb təkcə ayrı -ayrı fərdlərin deyil, hətta qlobal toplumun problemlərindən danışıb onlara öz münasibətimizi bildirdik, Azərbaycanın ibrətamiz multikultural təcrübəsi ilə yaxından tanış olduq. Ola bilsin ki, biz həyatımızda hansısa problemlərin öhdəsindən gəlmişik, amma irəlidə bizi hələ sınaqlar gözləyir. Etiraf etməliyəm ki, burada ilk dəfə olaraq və qış məktəbinin tam kursunu keçərək şəxsən mən özümü təsdiq etmək üçün faydalı məktəb keçdim”.
Gürcüstanlı Georgiy Saladze azərbaycanlı, müsəlman Əli və gürcü, xristian Nino arasında yaşanan məhəbbəti və onların uzun müddət sevgi içərisində Bakıda birgə yaşamasını multikulturalizmin göstəricisi kimi səciyyələndirib: “Bu dözümlülük, tolerantlıq tarixən bizim xalqlara xasdır. Biz qonşu xalqlarıq, birgə inkişaf proqramlarının, meyillərinin həyata keçirilməsində əməkdaşlığımız zəruridir. Sevgi güclüdürsə, məqsədə, amala bağlılıq varsa, dinin, milliyətin fərqi yoxdur və o zaman bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür. Qış məktəbinə gəlincə, çox yüksək səviyyədə təşkil olunmuşdu, təşkilatçılar bizə qarşı çox diqqətli və dəqiq idilər. Biz mədəniyyətlərimiz, tariximiz haqqında söhbətlər edirdik, bu təcrübə mübadiləsi bizim aramızdakı dostluq tellərini daha da möhkəmləndirdi”.
Beynəlxalq Multikulturalizm qış məktəbi iştirakçılarının təəssürütları
Rusiyalı Varvara Filipova bildirib: “Mənim təmsil etdiyim Moskva böyük bir dünyadır və onun da çoxsaylı problemləri var. Onun da miqrantlar, ünsiyyət açıqlığı problemləri mövcuddur. Bu problemlərin həlli ilə bağlı tədqiqatlar aparılır. Mənim Azərbaycanda gördüyüm bu mühit özündə təbii və müsbət bir təcrübəni ehtiva edir. Bəlkə də öz gözümlə görməsəydim inanmazdım ki, sizin ölkənizdə belə multikultural şərait hökm sürür. Dərhal anlayıb dərk edirsən ki, bu qondarma bir məfhum deyil, əsrlərə söykənən bir dəyərdir. İnanın ki, təmsil etdiyim rus xalqı da multikulturalizmə “hə” deyir və əgər seçmək hüququm olsa, mən Azərbaycan multikulturalizmi modelinə səs verərdim. Çünki bu model həm işləkdir, həm də ümidvericidir. Mənim şəxsi müşahidələrim bunu deməyə əsas verir”.
Rusiyalı Aleksandra Panteleyeva burada hər şeyin nə qədər gözəl olduğunu ifadə etmək üçün söz tapmadığını deyib: “Ən böyük nailiyyət də ondan ibarətdir ki, biz burada real multikultural mühiti gördük. Bir çox mədəniyyətlərin qovuşduğu bu qış məktəbində iştirak etmək bizim üçün böyük şansdır. Bu, mənim üçün çox gözəl təcrübə idi. Bu şans üçün sizə təşəkkürümü bildirirəm”.
Almaniyalı Tobias Fernandes söyləyib ki, Azərbaycanda olduğu üçün çox xoşbəxtdir: “Bir çox müzakirələrə qatıldım və olduğumuz atmosferə azad ruhun hakim kəsildiyinin şahidi oldum. Mənə elə gəlir ki, qış məktəbində iştirak edən tələbələrin bir çoxundan yaşca böyüyəm və mənim həyat təcrübəm daha çoxdur. Müqayisəli yanaşdıqda dərhal hiss edirdim ki, gördüklərim ən yüksək qiymətə layiqdir. Azərbaycanda insanların simasında gülüş, pozitiv enerji gördüm. Dil baryeri olmasına baxmayaraq, burada çox azad, tolerant atmosfer var. Dil bilib-bilməməsindən asılı olmayaraq, hamı kömək etməyə, əl tutmağa hazırdır. Bu, elə multikulturalizmin ifadəsidir. Təsəvvür edin ki, mən vegetarianam, ilk gündən Azərbaycanda qış məktəbinin təşkilatçıları qərar verdilər ki, mənim menyumda ancaq tərəvəzdən hazırlanan yeməklər olsun. Mən daxilən sıxıntı keçirsəm də, gördüm ki, bu məsələni ev sahibləri elə rahatlıqla həll etdilər ki, sıxıntım qalmadı. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyətinə qarşılıqlı anlaşma metodologiyası xasdır. Haqqında danışdığım epizod kiçik görünsə də, əslində böyük mətləbdən xəbər verir. Qış məktəbinin təşkilatçıları hər şeyi o dərəcədə səlis, harmonik şəkildə hazırlamışdılar ki, bu neçə günü biz burada, sözün əsl mənasında, rahatlıq hissi ilə düşündük, işlədik, yaşadıq. Mən burada həm qış məktəbinin xarici, həm də azərbaycanlı iştirakçıları sırasında özümə xeyli dost qazandım. Əminəm ki, burada yaranan bu münasibətlər öz layiqli davamını tapacaq. Bu, o deməkdir ki, biz artıq hər birimiz həm öz xalqlarımıza, həm də Azərbaycan xalqına xas olan multikultural dəyərlərin daşıyıcısıyıq”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi mətbuat xidməti
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter