Hər gün sakinlərin yanında » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Hər gün sakinlərin yanında

Hər gün sakinlərin yanındaHər gün sakinlərin yanında







Rayon İcra Hakimiyyətinin başçısı hər gün sakinlərin yanındadır.
Son zamanlar Basqalda belə gur toplantının şahidi olmamışdım. Saat 15-də çoxsaylı sakinlər məktəbdə keçiriləcək görüş-qəbula təkcə problemləri ilə yox, qeyri-neft sektorunun inkişafında öz yerlərini müəyyən etmək üçün gəlmişdilər.
Tarixi Basqalın müasir problemləri ilə gündəlik məşğul olan rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüş-qəbulu açaraq qarşıda duran həlli vacib məsələlərdən, Basqalın yeniləşməsi üçün görüləcək tədbirlərdən, qaz, enerji və su təchizatının, kommunal xidmətinin daha da yaxşılaşacağından, ipəkçiliyin, kəlağayı toxulçuluğunun bərpa olunacağından, sahibkarlığın inkişafı üçün sakinlərin fəal mövqeyə gəlməsinin vacibliyindən danışdı.
Rəfail Nağıyev yaradılan şəraitə görə təşəkkür edərək bildirdi ki, taxılçılıq və maldarlıq üzrə fermer təsərrüfatı yaratmaq istəyir. Bunun üçün mütəxəssis və maliyə dəstəyinə ehtiyac var. İş adamına deyilən istiqamətlər üzrə köməklik göstərmək barədə aid sahə rəhbərinə tapşırıq verildi.
Müraciət edən bir neçə gənc yerindəcə müxtəlif xidmət sahələrində işlə təmin olundu.
Yerli icra və özünüidarəetmə strukturlarına məsləhət bilindi ki, qəsəbənin problemlərini həll etməyə imkanlı şəxsləri və iş adamı olan basqallıları cəlb etsinlər. Başçı təklifi, məsləhəti, arzusu olan hər kəsi, sona qədər dinlədi və görüş-qəbulda iştirak edən sahə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Görüş-qəbulun sonunda bir daha yəqin etdik ki, basqallılar gözləmə mövqeyində deyillər, hər bir məsələnin həllini dövlət strukturlarından gözləmirlər. Özlərinin də nə etməli olduqlarını yaxşı bilirlər.

***
Təzəkənd kəndindəki görüş-qəbula Təzəkənd inzibati ərazi dairəsinə daxil olan Qaraqaya, Gəndov, Yeniyol və II Yeniyol kəndlərindən də sakinlər gəlmişdilər. İştirakçılar arasında gənclər çoxluq təşkil edirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yerli sahibkarlığın inkişafından, əhalinin məşğulluğunun artırılması yollarından, kənd təsərrüfatı istehsalı sahəsində kooperativlərin, fermer təsərrüfatlarının yaradılması zərurətindən danışdı. Qeyd etdi ki, hər şeyin dövlətdən hazır istənilməsi zamanı çoxdan keçib. Dövlət büdcəsinin yerli gəlirlər əsasında formalaşmasında hər bir rayon sakininin iştirakı olmalıdır. Xalçaçılığın bərpası üçün yollar axtarılmalıdır. Nailiyyətləri çoxlarından fərqli olan Təzəkənd tam orta məktəbinin məzunları kəndin müasir təsərrüfatçılığının inkişafında fəal iştirak etməlidir.
“Gənc təsərrüfatçılar məktəbi”nin müdavimi Əlirza Əkbərov tütünçülüyü bərpa etmək istədiyini dedi. Bu istək bəyənildi və gənc təsərrüfatçıya köməklik göstəriləcəyi bildirildi.
Pensiyaçı müəllim Rəhim Ağayev keçiçilik üzrə fermer təsərrüfatı yaratmaq üçün Ağcabədi rayonunda olduğunu və digər yerlərdə də təcrübəni öyrənib özəl fəaliyyətə başlayacağını dedi.
Kartofçuluğun, üzmüçülüyün bərpası, taxılçılığın inkişaf etdirilməsi barədə də təkliflər səsləndi.
Burada da bir neçə xidmət sahəsində, yaşıllaşdırma müəssisəsində, yol-istismar sahəsində işləmək üçün gənclər seçildi.
Diqqətçəkən hal o idi ki, görüş-qəbullarda kimsə qaz, enerji və su təchizatından şikayətlənmirdi. Bu tip narazılıqlar artıq keçmişdə qalıb.
Valeh Salehov,
veteran jurnalist
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter