• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İnamımız gələcəyə töhfədir

İnamımız gələcəyə töhfədir

Yazar Ismayilli
//
17 fevral 2016
//
//
Oxunub 439
//
İnamımız gələcəyə töhfədir

28 yanvar 2016-cı il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə Mərkəzin şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov açıb. Gənclər gününün yaranma zərurəti və uzaqgörənliklə dəyərləndirilən mahiyyəti və gənclərə olan inamın gələcəyə verəcəyi töhfələrdən danışıb, eləcə də gəncləri qarşıdan gələn bayram münasibətilə təbrik edib. O eyni zamanda müasir gənclərin qarşısında duran bir sıra vəzifələr barədə fikirlərini söyləyib.
Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarova çıxış edərək Azərbaycan Gəncləri Günü haqqında ətraflı məlumat verib, ötən ilin İsmayıllı gəncləri üçün uğurlarından bəhs edib.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova da gəncləri təbrik edib və bugünkü inkişafa İsmayıllı gənclərinin verdiyi böyük töhfələri vurğulayıb.
İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru S.Qasımova və Peşə Tədris Mərkəzinin direktoru Z.Muradov Fəxri fərmanla təltif olunublar.
R.Rəcəbli

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!