• Ana səhifə |
Subscribe by RSS or RUS
» » 20 Yanvar “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsində

20 Yanvar “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsində

Yazar Ismayilli
//
30 yanvar 2016
//
//
Oxunub 696
//
20 Yanvar “Heydər Əliyev idarəetmə məktəbi”nin    məşğələsində

İsmayıllı Rayon İcra hakimiyyəti 18 yanvar 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində “20 Yanvar hadisələrinə ilk etiraz edən də, ilk siyasi qiymət verən də ümummilli liderimiz Heydər Əliyev olub” mövzusunda “Heydər Əliyev İdarəetmə Məktəbi”nin məşğələsini keçirib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq deyib:
- 26 ildir ki, azadlıq və müstəqillik yolunda mübarizədə öz kəsərli sözünü demiş xalqımız 20 Yanvar faciəsini yaşamaqda davam edir. Biz əsla ağlamır, sızlamırıq, milli taleyimizə silah gücü ilə hopdurulan qanlı hadisələrdən əsla sarsılmırıq. Müstəqillik və azadlıq yolunun 20 yanvardan başlandığını dərindən dərk edirik. Xalqlar dostluğu adı altında gizlədilən SSRİ adlı xalqlar məhbəsi 70 il davam etdi. Lakin onun da sonu çatdı. Digər millətlərin qanına susamış Qorbaçov sovet imperiyasının dağılmasının qarşısını silahla almaq istəsə də, buna nail ola bilmədi. Qazaxıstanda qan tökən sovet ordusu 1990-cı il yanvar ayının 20-də Azərbaycana hücum etdi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda olmaması, SSRİ rəhbərliyindən istefa verməsi tarixi düşmənlərimiz olan ermənilərə Azərbaycana münasibətdə işğalçılıq, separatçılıq və soyqırım siyasətini yeritməyə imkan verdi. Bir-birini əvəz edən aciz, fərasətsiz ölkə rəhbərləri xalqı düşmənə qarşı səfərbər edə bilmədi. Özünümüdafiə dəstələrinin yaradılması qanlı sovet ordusu üçün Bakıya hücum etməyə, qırğınlar törətməyə əsas verdi. Arsenalında olan bütün silahlarla hücuma keçən ordu qətliam törətdi, insanları yaşamaq hüququndan məhrum etdi. Xalqımızın azadlıq uğrunda mübarizə istəyini boğmaq istədi. Lakin xalqımız sarsılmadı, geri çəkilmədi, mübarizə əzmi sınmadı, tökülən bihudə qanlar onu qorxutmadı. Şəhidlərə 40 gün yas saxlayan Azərbaycan xalqı kütləvi qəhrəmanlığı ilə sübut etdi ki, o müstəqil olmağa, azad yaşamağa qadirdir, haqlıdır. 145 nəfər soydaşımız vətən uğrunda Azərbaycan naminə müstəqillik istəyi ilə şəhid oldu. 700-dən çox vətəndaşımız yaralandı. Bir o qədər azadlıq mübarizi həbs edildi. Qorbaçov rejiminin Azərbaycanda tökdüyü qanlara ilk və çox ciddi etiraz ümummilli liderimiz Heydər Əliyevdən gəldi. Onun etiraz bəyanatı Azadlıq radiosunda səsləndi.
Biz bir millət olaraq 20 Yanvar şəhidlərinin ruhu qarşısında özümüzü həmişə borclu bilirik, onları dərin hörmət və ehtiramla xatırlayırıq, yad edirik. Qeyd etdiyim kimi, yanvar faciəsi ilə əlaqədar SSRİ rəhbərliyinə ilk kəskin etirazını bildirən, onu lənətləyən ulu öndər Heydər Əliyev oldu. Yenidən Azərbaycan hakimiyyətinə gəldikdən sonra 20 yanvar hadisələrinə ilk siyasi qiyməti də Ümummilli liderimiz verdi. Məntiqidir ki, 20 Yanvar faciəsinin 26-cı ildönümünü “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsində qeyd edirik.
Sonra 20 Yanvar şəhidlərinin və Qarabağ müharibəsində şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar 20 Yanvar dəhşətlərindən bəhs edən filmə baxıblar.
İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova məruzə edib.
Yekunda Mirdaməd Sadıqov imamlardan başlamış şəhidlik məktəbinin islama mənsub Azərbaycanda bu gün də davam etdiyini, vətənin müdafiəsi üçün hər kəsin fədakarlıq göstərməyə hazır olduğunu, İkinci Dünya müharibəsinin, 20 Yanvar faciəsinin, Qarabağ müharibəsinin həyatımızın hər bir anı üçün vətənpərvərlik nümunəsi, vətəndaşlıq örnəyi olduğunu deyib. Qeyd edib ki, ara-sıra yaranan çətinliklərə baxmayaraq, biz tam ümidliyik ki, müstəqilliyimiz əbədidir, qan bahasına qazandığmız azadlığı kimsə əlimizdən ala bilməz. Hərbi qüdrəti artan dövlətimiz torpaqlarımızı işğaldan azad etməyə, Azərbaycanı bütövləşdirməyə qadirdir. Prezident İlham Əliyevin siyasəti də buna yönəlikdir, millidir, xəlqidir. Hər sahədə qələbələrə hesablanıb.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!