• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Bilik yarışı keçirilib

Bilik yarışı keçirilib

Yazar Ismayilli
//
30 yanvar 2016
//
//
Oxunub 576
//
14 yanvar 2016-cı il tarixdə İsmayıllı rayon Təzəkənd kənd tam orta məktəbində istedadlı şagirdlərin üzə çıxarılması və ümumilikdə şagirdlərin bilik səviyyəsini, istedad və qabiliyyətlərini aşkara çıxartmaq üçün, zona üzrə yarış keçirilib. 6 tam orta məktəbin - Təzəkənd, Diyallı, Yeniyol, Tircan, Qoşakənd və Keyvəndi kənd tam orta məktəblərinin komandaları yarışıblar. Azərbaycan dili, fizika, kimya, riyaziyyat, tarix, coğrafiya, ingilis dili və biologiya fənlərindən test sualları, səhnəciklər, rəsm, şeir müsabiqəsi, mətbəx mədəniyyəti və sair nominasiyalar üzrə müsabiqə keçirilib.
6 nəfərdən ibarət münsiflər heyəti bütün mərhələlərdə şagirdlərin çıxışlarını obyektiv qiymətləndiriblər. Nəticə etibarı ilə ən yüksək balı Təzəkənd kənd tam orta məktəbi qazanıb.
II yeri Diyallı, III yeri Yeniyol məktəbliləri tutub. Tircan, Qoşakənd, Keyvəndi məktəbləri göstərilən ardıcıllıq üzrə sonrakı yerlərlə kifayətlənməli olublar.
Təzəkənd kənd tam orta məktəbinin komandası rayon üzrə keçiriləcək final yarışında mübarizə aparmaq imkanını əldə edib.
Ağalar Bədəlov,
M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!