• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Məkanın cənnət olsun, Ulu öndər!

Məkanın cənnət olsun, Ulu öndər!

Yazar Ismayilli
//
31 dekabr 2015
//
//
Oxunub 766
//
İsmayıllı RİH-i başçısının Xanagah İƏD-i üzrə nümayəndəliyində ümummilli liderimiz Heydər Əliyevin xatirəsi ilə əlaqədar dəyirmi masa ətrafında tədbir keçirilib. Nümayəndəlikdə təşkil olunan tədbirdə, dəyirmi masa ətrafında müəllimlər və kənd sakinləri toplaşıb.
Məkanın cənnət olsun, Ulu öndər!
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İƏD nümayəndəliyinin müavini Rövşən Əsgərov çıxışında bildirib ki, 2003-cü il dekabr ayının 12-si Azərbaycanın tarixinə Ulu öndərin ölüm günü kimi yazıldı. Həmin gün Azərbaycan xalqı öz böyük və xilaskar oğlunu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. Yer üzünün hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı bu xəbərdən sarsıldı. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.
Bu gündə bütün dünya azərbaycanlıları tərəfindən ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi xüsusilə yad edilir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir.
Daha sonra Ə.Əzizov, X.Kamalov, Z.Məhərrəmov, R.Aydınov və başqaları da Heydər Əliyevin bənzərsiz bir şəxsiyyət olması barədə danışdılar..
Nə qədər ki, bu millət var, Heydər Əliyev də var olacaq. Biz onu unutmadıq, unutmayacağıq da!
Allah ona rəhmət eləsin. Məkanı cənnət olsun!
Bəxtiyar Əhmədov,
RİH-i başçısının Xanagah İƏD-i üzrə baş məsləhətçi-baş mühasib

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!