• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xartiya qüvvəyə minib

Xartiya qüvvəyə minib

Yazar Ismayilli
//
31 dekabr 2015
//
//
Oxunub 812
//
“AzərTac”a istinadən bildiririk ki, Fransanın Evian-le-Ben şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında qarşılıqlı dostluq və əməkdaşlıq xartiyası imzalanıb.
İmzalanma mərasimində çıxış edən Evian-le-Benin meri Mark Fransina Azərbaycan nümayəndə heyətini şəhərdə görməkdən məmnunluğunu bildirib. O, xartiyanın mədəniyyət sahəsində əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
Xartiya qüvvəyə minib
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlardan, xüsusilə, əldə edilmiş iqtisadi nailiyyətlərdən danışıb. O, xartiyanın dövlətimizin başçısının apardığı xarici siyasətin uğurlu nəticəsi olduğunu qeyd edib.
İcra başçısı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli-mədəni irsimizin qorunub saxlanmasına töhfələrindən danışaraq onun dəstəyi ilə Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdırıb.
Tərəflər xartiyanın bütövlükdə ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.
Sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Evian-le-Ben şəhərinin meri Mark Fransina dostluq və əməkdaşlıq xartiyasını imzalayıblar.
Xartiyanın məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, görüşlər, mübadilələr vasitəsilə mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə təkan verməkdir.
Müvafiq beynəlxalq hüquqi qaydalara uyğun olaraq, xartiya hər iki şəhərdə imzalandıqdan sonra qüvvəyə minir.
Bu ilin may ayında həmin xartiya Evian-le-Ben şəhərinin nümayəndə heyətinin Azərbaycana səfəri zamanı İsmayıllıda imzalanmışdı.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!