• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Gələcək əməkdaşlığın perspektivləri araşdırılıb

Gələcək əməkdaşlığın perspektivləri araşdırılıb

Yazar Ismayilli
//
31 dekabr 2015
//
//
Oxunub 722
//
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın Evian-le-Ben şəhərində səfərdə olub.
Nümayəndə heyəti səfər çərçivəsində Evian su zavodunda olub.
 Gələcək əməkdaşlığın perspektivləri araşdırılıb
Zavodun fəaliyyəti ilə tanışlıq zamanı oxşar təbiətə malik İsmayıllı və Evian şəhərlərinin təbii ehtiyatlarla zəngin olduğu vurğulanıb. Həmçinin Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılmasının, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalının dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğu diqqətə çatdırılıb.
Su zavodunun istehsal fəaliyyətini izlədikdən sonra tərəflər gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!