• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Evian mətbuatı İsmayıllı rayonu ilə əməkdaşlıqdan yazır

Evian mətbuatı İsmayıllı rayonu ilə əməkdaşlıqdan yazır

Yazar Ismayilli
//
31 dekabr 2015
//
//
Oxunub 629
//
“AzərTac”a istinadən bildiririk ki, İsmayıllı şəhər nümayəndə heyətinin Fransanın Evian-le-Ben şəhərinə səfəri yerli mətbuatda geniş işıqlandırılıb.
Evian televiziyasında iki şəhər arasında dostluq və əməkdaşlıq xartiyasının imzalanmasına dair veriliş yayımlanıb. Verilişdə şəhərlər arasındakı oxşar cəhətlərdən danışılıb.
Yazılı mətbuatda artıq qüvvəyə minmiş xartiya haqqında məlumat verilərək, xartiyanın əsas məqsədinin iki şəhər arasında dostluq əlaqələrinin dərinləşdirilməsi olduğu bildirilir.
Həmçinin, Heydər Əliyev Fondunun “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Evianda təşkil olunmuş “Azərbaycan günləri”nin uğurları qeyd edilir.
Evian radiosu ilə yayımlanan veriliş İsveçrənin bir çox şəhərlərində də dinlənilib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!