• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xatirələrlə zəngin bir görüş

Xatirələrlə zəngin bir görüş

Yazar Ismayilli
//
31 dekabr 2015
//
//
Oxunub 591
//
Dekabr ayının 24-də İsmayılı rayon Eldar Məmmədov adına 3 nömrəli lisey-məktəbdə, müəllim və şagird kollektivinin iştirakı ilə məktəbin məzunları - Qafqaz Müsəlmanları İdarəsi Mərkəzi Aparatının rəhbəri vəzifəsində çalışan, tanınmış hüquqşünas Simran Həsənov və sevilən şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qobustan” incəsənət toplusunda baş redaktor müavini vəzifəsini icra edən Maarif Soltanla görüş keçirilib.
Xatirələrlə zəngin bir görüş
Xatirələrlə zəngin bir görüş
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov, görüşü təşkil olunan ziyalıları şagirdlərə örnək olaraq təqdim edib. Bildirib ki, hər bir məktəbli vaxtında düzgün mövqe tutarsa, onun da gələcəyi parlaq və qürurverici olar. Ümumilikdə, başçı şagirdləri elmə, təhsilə xüsusi vətənpərvərliklə yanaşmağa dəvət edib.
Görüşün qonaqları olan şair-publisist Ağacəfər Həsənli, həkim-şair Tofiq Nurəli, bədii qiraətçi
Tahirə Ağasiyeva və digərləri çıxışlarında Simran Həsənov və Maarif Soltanın Azərbaycan elminə, mədəniyyətinə göstərdikləri xidmətlərindən danışıb, yaradıcılıqlarından nümunələr səsləndiriblər. Qonaqlar İsmayıllının həqiqətən də gözəlliklər diyarı – Azərbaycanın mirvarisi olduğunu dilə gətiriblər.
Fəxri məzunlar şagirdləri düşündürən sualları cavablandırıblar. Tədbirin sonunda hər iki ziyalı görüşü təşkil edənlərə, tədbirin iştirakçılarına təşəkkürlərin bildiriblər.
Fəxri məzunlar, qonaqlarla bərabər yenicə təmirdən çıxmış məktəbin doğma divarları arasında şagirdlərin yüksək savada yeyələnməsi üçün yaradılmış şəraitlə tanış olublar. Onlar xatirələrini əzizləyən sinif otaqlarını gəzib və məktəbin Tarix muzeyində olublar. Onlar zəngin maddi, mədəniyyət nümunələri və digər eksponatları olan muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.
Elnarə Qasımova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!