• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ulu öndər məhəbbət və ehtiramla yad edildi

Ulu öndər məhəbbət və ehtiramla yad edildi

Yazar Ismayilli
//
15 dekabr 2015
//
//
Oxunub 1001
//
Türk dünyasının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin ölümündən 12 il keçir. Onun məzarı, abidələri xalqımız üçün ziyarətgaha çevrilib. Bununla da xalq Ulu öndərə öz sonsuz məhəbbət və ehtiramını bildirir.
Dekabr ayının 12-də rayon mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önündə bu dahi şəxsiyyətin xatirəsinə həsr edilmiş anim mərasimi keçirilib.
Ulu öndər məhəbbət və ehtiramla yad edildi
Mərasimdə rayon İcra Hakimiyyəti aparatının, hüquq mühafizə orqanlarının işçiləri, ziyalılar, dövlət qrumlarının nümayəndələri, müharibə və əmək veteranları, şəhər məktəblərinin, İsmayıllı Peşə Tədris Mərkəzinin şagirdləri, İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin tələbələri, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhər mərkəzindən, eləcə də rayonun yaxın kəndlərindən gəlmiş sakinlər iştirak ediblər.
Ulu öndər məhəbbət və ehtiramla yad edildi
Həmin gün heç də payızın sonuna bənzəmirdi. Havaların günəşli keçməsi ilə əlaqədar ziyarətə gələnlərin hamısının əlində təzə-tər qızılgüllər vardı.
Ulu öndər məhəbbət və ehtiramla yad edildi
Zaman bizi Ulu öndərin ölüm günündən uzaqlaşdırsa da, ziyarətə, abidə önünə gül qoymağa gələnlərin sayı ildən-ilə artmaqdadır. Bu da xalqın Ulu öndərə olan hörmət və ehtiramın nəticəsidir.
Ziyarətçilər dəstə-dəstə yaxınlaşaraq gətirdikləri tər qızılgülləri abidənin önünə qoyub, dünya azərbaycanlılarının əbədiyaşar liderinin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Ulu öndər məhəbbət və ehtiramla yad edildi
Mərasim Heydər Əliyev Mərkəzinin ziyarəti ilə davam edib. Burada RİH-nin başçısı Mirdaməd Sadıqov və ziyalılar dahi rəhbərin İsmayıllıya və ismayıllılara göstərdiyi diqqət və qayğısından və xalqa olan yaxınlığından danışıblar.
Ulu öndər məhəbbət və ehtiramla yad edildi
. Çıxışlardan sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxılıb, həmçinin şəhər mərkəzində quraşdırılmış monitorda ulu öndər haqqında filmlər nümayiş olunub.
Həmin gün şəhərin Heydər Əliyev prospektindəki “Xeyir-şər” evində Ulu öndərin ruhuna dualar oxunub və ehsan verilib.
Şahməmməd Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!