• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Lahıc misgərlik sənəti zirvədədir

Lahıc misgərlik sənəti zirvədədir

Yazar Ismayilli
//
15 dekabr 2015
//
//
Oxunub 1781
//
Respublikanın bütün xəbər agentlikləri Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsinə məxsus olan “Lahıc misgərlik sənəti” YUNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi barədə xəbər yayıb.
İsmayıllıları hədsiz dərəcədə sevindirən xəbərdə bildirilir ki, bu qərar YUNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitənin Namibiyada keçirilən sessiyasında qəbul edilib.
Sessiya çərçivəsində ölkələrin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara dekabrın 1-də baxılmağa başlanıb. Azərbaycan tərəfi “Lahıc misgərlik sənəti” nominasiyası təqdim edib.
 Lahıc misgərlik sənəti zirvədədir
Komitənin iclasında bununla bağlı müzakirələrdə qeyd olunub ki, bu nominasiya faylı Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün tələblərinə cavab verməklə yanaşı, nümunəvi bir namizədlik faylı kimi gələcəkdə digər ölkələrin öz fayllarını hazırladıqları zaman bundan istifadə edə bilərlər.
“Lahıc misgərlik sənəti” faylının hazırlanması Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının YUNESCO yanında Daimi Nümayəndəliyinin və bu sahədə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq YUNESCO-ya təqdim edilib.
Hazırda Lahıc misgərlik sənətindən başqa Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən - ənənəvi Qarabağ atüstü oyunu isə YUNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.
Mədəniyyət və Turizm Nazirliyi bu münasibətilə bütün Azərbaycan xalqını təbrik edib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!