• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Zamanın Azərbaycan xalqına bəxş etdiyi böyük Öndər

Zamanın Azərbaycan xalqına bəxş etdiyi böyük Öndər

Yazar Ismayilli
//
15 dekabr 2015
//
//
Oxunub 829
//
YAP Ismayıllı rayon təşkilatı Qadınlar Şurası, Gənclər Birliyi üzvləri və rayonun fəal gənclərinin iştirakı ilə zamanın Azərbaycan xalqına bəxş etdiyi böyük Öndərin anım günü keçirilib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O qeyd edib ki, hər bir xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olub.
Zamanın Azərbaycan xalqına bəxş etdiyi böyük Öndər
Müdriklik nümunəsi olan belə insanlar həmişə ali məqsədlər uğrunda mübarizənin önündə dayanib, əlverişli siyasi şansdan böyük məharətlə, ustalıqla bəhrələnib, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm, mənəvi təməl üzərində gələcəyə doğru inamla addımlayıblar.
Ə.Vahabova Ulu öndərin Azərbaycan xalqı qarşısında 35 ilə yaxın rəhbərlik fəaliyyəti barədə ətraflı məlumat verib.
Natiq qeyd edib ki, Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini - İlham Əliyevi yetişdirməsi olub.
On iki il müddətində Azərbaycanı Qafqazın ən qüdrətli dövlətinə çevirmiş, ölkəsinin bütün sahələrdə qalibiyyət potensialını üzə çıxarmış Prezident İlham Əliyevlə Azərbaycan xalqı özünə ən etibarlı siyasi gələcək, mütərəqqi inkişaf yolunu seçdiyini təsdiqləyir.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, Gənclər Birliyinin sədr əvəzi Şəhala Qafarova, partiyanın fəal üzvləri Tacəddin İbadov, Orxan Ağayev, Ramil Dadaşov, Dilşad Bədəlova və başqaları çıxış edərək bildiriblər ki, liderlik xüsusi istedad və qabiliyyət tələb edir.
Milyonlarla insana rəhbərlik etmək üçün qüdrətli tarixi şəxsiyyət olmaq gərəkdir. Burada son dərəcə yüksək məsuliyyət tələb olunur. Heydər Əliyev qüdrəti XX əsr kimi mürəkkəb bir yüzillikdə Azərbaycanın ümummilli lideri olmaq imkanı yaratdı.
Sözün həqiqi mənasında Ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu və hərəkətverici qüvvəsidir.
Zamanın Azərbaycan xalqına bəxş etdiyi böyük Öndər vəfatından sonra da qurduğu müstəqil Azərbaycanın dinamik inkişafı, aparılan məqsədyönlü daxili və xarici siyasət söylədiklərimizi bir daha sübut edir.
Ramid Qasımov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!