• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı sakinlərinin diqqətinə!

İsmayıllı sakinlərinin diqqətinə!

Yazar Ismayilli
//
15 dekabr 2015
//
//
Oxunub 953
//
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının 03 dekabr 2015-ci il tarixli 145 saylı Sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Bununla əlaqədar olaraq 04 dekabr 2015-ci il tarixdən etibarən 20 iş günü müddətində İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 6 yanvar 2016-cı il tarixində başa çatacaqdır.
Seçki ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinə müraciət oluna bilər.
Vətəndaş cəmiyyətləri institutlarının nəzərinə!
“İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsanamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli, 171 saylı qərarına əsasən İctimai Şuralara Seçkilərin təşkili məqsədilə “İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında” İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 03 dekabr 2015-ci il tarixli, 145 saylı sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Seçki Komissiyası yaradılmışdır.
İsmayıllı RİH-nin İnformasiya təminatı və təhlili sektoru

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!