• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Rayonumuz da inkişafın önündə addımlayır

Rayonumuz da inkişafın önündə addımlayır

Yazar Ismayilli
//
15 dekabr 2015
//
//
Oxunub 1259
//
“Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi ilə bağlı dekabr ayının 4-də İsmayıllı rayon ictimaiyyəti nümayəndələrinin yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, zəngin mədəniyyəti, qədim tarixi, yüksək dövlətçilik ənənələri olan müstəqil Azərbaycan Respublikası cənab İlham Əliyevin rəhbərliyi altında müstəqillik yolunda inamla addımlayır. İqtisadi, siyasi, mədəni sahələrdə uğurlu nəticələr əldə edən ölkəmiz, dünya mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, sənətkarlıq sahələrinə əvəzsiz töhfələr verir.
Rayonumuz da inkişafın önündə addımlayır
Rayonumuz da inkişafın önündə addımlayır
Rayonumuz da inkişafın önündə addımlayır
Cənab Prezidentin uğurlu siyasəti, Respublikanın birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində milli, mədəni, mənəvi irsimiz dünya miqyasına çıxarılır, Azərbaycan öz milli-mədəni sərvətləri, istedadlı elm və sənət adamları ilə dünyada daha yaxından tanınır. Dünya artıq dərk edir ki, Azərbaycan həm iqtisadi potensialı, həm də milli-mənəvi dəyərləri ilə zəngin olan bir ölkə, istedadlar yurdudur.
Rayonumuz da bu inkişafın önündə addımlayır. İsmayıllı tarixi zənginliyini nümayiş etdirir, turizm potensialını artırır, milli, mədəni, mənəvi irsini dünya miqyasına çıxarır.
Rayonun davamlı uğurlarından söz açan M.Sadıqov qeyd edib ki, İsmayıllı Azərbaycanın mirvarisi, Gənclər paytaxtı, sənətkarlar yurdudur. Lahıc, Basqal kimi qədim və zəngin tarixi, maddi və mədəni irsi olan bir məkandır. Sevincimizə bu günlərdə yeni bir sevinc də qatılıb. Belə ki, ölkə prezidenti cənab İlham Əliyevin hərtərəfli dəstəyi, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsi olaraq “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilib. Nambiya Respublikasının paytaxtı Vindhuk şəhərində keçirilən UNESCO-nun 10-cu sessiyasında Azərbaycan tərəfindən “Lahıc misgərlik sənəti” nominasiyası təqdim olunmuş, Qeyri-mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına yüksək şəkildə cavab vermiş və siyahıya daxil edilmişdir.
RİH başçısı beynəlxalq əhəmiyyətli hadisə münasibətilə rayon ictimaiyyətini, bu uğurun qazanılmasında səyi və zəhməti olanları təbrik edib. Bu tarixi hadisəni ölkəmizin, eyni zamanda zənginliyi ilə fərqlənən İsmayıllının tarixinə, etnoqrafiyasına, xalq sənətkarlığına və onu yaşadıb inkişaf etdirənlərə verilən böyük qiymət kimi dəyərləndirib. Lahıc sənətkarlarına çox sağ ol deməklə daha yeni uğurlar arzulayıb.
Çıxışlarda İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, RİH başçısının Lahıc qəsəbə İƏD-i üzrə nümayəndəsi Fikrət Haqverdiyev, Lahıc Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi, həmçinin misgərlik sənətinin gözəl nümunələrinin ustası Nəzər Əliyev, Lahıc qəsəbə tam orta məktəbinin “Tərəqqi” medallı müəllimi Dadaş Əliyev, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Dövlət qulluğu veteranı Valeh Salehov, Böyük Vətən müharibə veteranı Abduləli Əliyev, Lahıc qəsəbə xəstəxanasının baş həkimi Sədrəddin Əhmədov Lahıc sənətkarlarının qazandığı uğuru Azərbaycan sənətkarlarının tarixi hünəri olmasından, yaradıcı insanların zəhmətinin qürurverici tarixə çevrilməsindən danışıblar. Natiqlər göstərilən qayğıya görə ölkə Prezidentinə, respublikanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq ifadə ediblər.
“Lahıc misgərlik sənəti”nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilməsinə həsr olunmuş yığıncaq iştirakçıları adından ölkə prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Murad Məhərrəmov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!