• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllıda Beynəlxalq Əlillər Günü qeyd edildi

İsmayıllıda Beynəlxalq Əlillər Günü qeyd edildi

Yazar Ismayilli
//
15 dekabr 2015
//
//
Oxunub 855
//
Dekabr ayının 3-də İsmayıllı Rayon İcra Hakimiyyəti “Qala” şadlıq sarayında Qarabağ müharibəsi əlillərinin, Çernobıl əlillərinin, fiziki imkanları məhdud olan insanların iştirakı ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.
Dekabrın 1-dən başlayaraq RİH-nin təşkilatçılığı ilə fiziki imkanı məhdud olan birinci qrup əlillər, əlil və fərdi təhsilə cəlb edilmiş məktəblilər, əlillərə xidmət göstərən sahələrin işçiləri ilə və qayğıya ehtiyacı olan digər sakinlər də yad ediliblər.
İsmayıllıda Beynəlxalq Əlillər Günü qeyd edildi
İsmayıllıda Beynəlxalq Əlillər Günü qeyd edildi
Şadlıq sarayındakı tədbirdə diqqəti daha çox cəlb edən əlil uşaqların yaradıcılıq nümunələri oldu. İsmayıllı Uşaqlara və Ailələrə Dəstək Mərkəzinin könüllüləri olan əlil uşaqların da əl işləri tədbirdə sərgilənb. Qayğıkeş, mərhəmətli insanlar çoxsaylı əl işləri və yaradıcılıq nümunələrini almaqla əlillərə maddi dəstək olublar.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsi, onların həyatına, sağlamlığına dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binaları istifadəyə verilib. Əlillər xüsusi avtomobillərlə təmin olunub, ehtiyacı olanlar müxtəlif dərəcəli reabilitasiya kurslarını keçib. M.Sadıqov onu da bildirib ki, bütün bunlar dövlət başçısı İlham Əliyevin əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə intiqrasiya etməsi üçün maksimum şərait yaradılmasına daim diqqət yetirdiyini bir daha təsdiq edir.
Daha sonra çıxış edənlər əlillərin ehtiyaclarına daimi diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, dövlət qayğısının ehtiyac olan ünvanlara vaxtnda çatdırdığı üçün rayon rəhbərliyinə təşəkkür ediblər.
Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir iştirakçılara görüşüb qayğı və sevinclərini bölüşmək, yaradıcılıq imkanlarını nümayiş etdirib musiqi dinləmək və birgə nahar etmək imkanı verib.
Sonda bədii söz, rəsm, şeir yaradıcılığı ilə fərqlənən əlillərə rayon İcra Hakimiyyətinin hədiyyələri verilib
Beynəlxalq Əlillər Gününün keçirilməsində DSMF rayon şöbəsi və rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi, 2 saylı uşaq bağçasının fidanları və Uşaq incəsənət məktəbinin şagirdləri fəal iştirak ediblər.
Gülnar Mikayılova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!