• Ana səhifə |
Subscribe by RSS or RUS
» » “Kütləvi çıxarış” kampaniyası İsmayıllıda

“Kütləvi çıxarış” kampaniyası İsmayıllıda

Yazar Ismayilli
//
15 dekabr 2015
//
//
Oxunub 1017
//
9 dekabr 2015-ci il tarixdə İsmayıllı rayonunun Topçu kəndində Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyası keçirib. Kampaniyada əvvəllər müxtəlif qurumlar tərəfindən verilmiş qeydiyyat vəsiqələri, aktlar, şəhadətnamələr, əmrlər və digər mülkiyyət sənədləri əsasında kütləvi şəkildə çıxarışlar təqdim olunub.
Kampaniyada 100-ə yaxın kənd sakininə dövlət reyestrindən çıxarış verilib, 30-a yaxın vətəndaş isə ilkin mülkiyyət sənədi hazırlanmaq üçün qəbul edilib.
“Kütləvi çıxarış” kampaniyası İsmayıllıda
Kampaniyanın məqsədi qeydiyyat xidmətlərini vətəndaşlara birbaşa, yerlərdə çatdırmaqla bu xidmətlərdən daha geniş əhali kütləsinin səmərəli istifadəsini təmin etməkdir.
Kampaniya müddətində dövlət reyestrindən çıxarışlar vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə, birbaşa olaraq yerlərdə təqdim olunub. Çıxarışların bu qaydada verilməsində məqsəd rahatlıq və çevikliyi təmin etmək, vaxta qənaət etməkdir. Xatırladaq ki, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də həyata keçirilir. Kampaniyadan faydalanmaq istəyən İsmayıllı sakinləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə - xidmətin 9 saylı Ərazi İdarəsinə müraciət edə bilərlər.
Kampaniyanın davamlı həyata keçirilməsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun artması və vətəndaşların sosial durumunun daha da yaxşılaşdırılmasına xidmət edir.
Son illərdə Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində bir sıra mühüm nailiyyətlərə də imza atıb. Belə ki, qeydiyyat prosedurları sadələşdirilib, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı müddətlər qısaldılıb. Bütün bunlar məmur-vətəndaş münasibətlərində şəffaflıq və operativliyin yüksəlməsi ilə nəticələnir.
Sənəd alanların hər biri yaradılan şərait, göstərilən qayğı və diqqət üçün cənab Prezidentə və rayon rəhbərliyinə minnətdarlıq bildirir. Vətəndaşları məmnun, razı və fərəhli görmək çox xoşdur.
Gülzar Şirəliyeva,
İsmayıllı RİH başçısının Topçu kənd İƏD-i üzrə nümayəndəsi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!