• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Quşencə və Zoğallıq kəndlərində Ulu öndərin anım mərasimi

Quşencə və Zoğallıq kəndlərində Ulu öndərin anım mərasimi

Yazar Ismayilli
//
15 dekabr 2015
//
//
Oxunub 589
//
İsmayıllı rayon Quşencə və Zoğallıq kənd inzibati ərazi dairəsi nümayəndəliyində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbirdə Quşencə və Zoğallıq kənd İƏD nümayəndəsi Yaşar Şirəliyev tədbiri açaraq dövlət xadimi, siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışıb. O, bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində elə bir şərəfli həyat yaşayıb ki, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca hər zaman yaşayacaq. Ardınca vurğulayıb ki, Heydər Əliyev öz həyatını xalqına bəxş edib və onun zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Daha sonra kənd sakini Səyəvuş Əzizov və başqaları çıxış edib. Çıxışlarda bildirilib ki, Heydər Əlyev Azərbaycan dövlətinin və xalqının taleyində mühüm tarixi rol oynayır, ölkəmizin gələcəyi üçün göstərdiyi xidmətləri misilsizdir.
Orxan Ağayev

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!