• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı komandasının uğuru

İsmayıllı komandasının uğuru

Yazar Ismayilli
//
15 dekabr 2015
//
//
Oxunub 801
//
30 noyabr 2015-ci il tarixində İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə Ümumrespublika “Ekoerudit” ekoloji breyn-rinq bilik yarışının zona turu keçirilib.
Respublika Təhsil Nazirliyinin və Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə keçirilən bu yarışda Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Ağsu, Şamaxı və Qobustan rayonlarının komandaları mübarizə aparırdı. Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzinin direktor müavini Lalə Dadaşova Ümumrespublika bilik yarışının məqsəd və əhəmiyyəti haqqında məlumat verib.
İsmayıllı komandasının uğuru
Komandalar 3 qrupda mübarizə aparıblar. Final yarışında Ağdaş, İsmayıllı və Qax rayonlarının komandaları birincilik uğrunda mübarizə aparıblar. Finalda Qax rayonunun komandası birinci, İsmayıllı rayonunun komandası ikinci, Ağdaş rayonunun komandası isə üçüncü yeri qazanmışlar. Qaliblər İsmayıllı rayon Təhsil Şöbəsinin diplomları ilə təltif edilmişlər.
İsmayıllı rayonunu şəhər iki saylı tam orta məktəbinin komandası təmsil edirdi. Biz onları zona turunda ikinci yeri tutduqları üçün təbrik edir, yeni-yeni uğurlar, bol şanslar arzulayırıq. Bilik yarışının zona turunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı ƏETS idarəsinin əməkdaşı Hakim Kazımov və İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin baş mütəxəssisi Cabbar Qəribov iştirak edib.
Cavanşir Abbasov,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor əvəzi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!