• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Bağçada elmi-praktik konfrans

Bağçada elmi-praktik konfrans

Yazar Ismayilli
//
01 dekabr 2015
//
//
Oxunub 813
//
Məktəbəqədər təhsil, təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların erkən yaş dövründən intellektual fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.
Məktəbəqədər təhsilin proqramında məktəbəqədər yaşlı uşaqların ilkin həyati bacarıq və vərdişlərə yiyələnməsi tələb olunur. Onlara gələcək həyat fəaliyyətində lazım olacaq bacarıq və vərdişlərin aşılanması qabiliyyətlərin formalaşması ön plana çıxarılır. Onların bir şəxsiyyət kimi formalaşmasının bünövrəsi qoyulur. Məktəbəqədər təhsilin proqramında uşaq fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşması, onun bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təhsil şəraitinin yaradılması nəzərdə tutulur. Bu baxımdan məktəbəqədər dövrdə uşaqların inkişafının tənzimlənməsi, məktəb təliminə hazırlığın məzmununun tənzimlənməsi, çalışan mütəxəssislərin səriştəliliyinin artırılması kimi məsələlərə daha çox önəm verilməlidir.
İsmayıllı rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdir və tərbiyəçiləri müəyyən olunmuş qrafikə əsasən ixtisasartırma və kurikulum kurslarında fəallıqla iştirak edərək müəyyən bilik və bacarıqlar əldə etmişlər. Bu bacarıqları nümayiş etdirmək və daha da təkmilləşdirib gənc kadrlara çatdırmaq məqsədi ilə İsmayıllı rayon Təzəkənd kənd körpələr evi-uşaq bağçasında “Məktəbəqədər təhsil müəssisələrində məşğələlərin yeni təlim üsulu ilə təşkili və kurikulum islahatının tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə rayonun məktəbəqədər təhsil müəssisələrinin müdir və tərbiyəçiləri, Rayon Təhsil Şöbəsinin metodik kabinetinin direktoru Hümbət Əsədov və metodisti Güllübəyim Lətifova iştirak etmişlər. Gələn qonaqlar bağça ilə tanış olmuş, müdir və tərbiyəçilərin işləri, metodikaları ilə yaxından maraqlanmış, bağçada təşkil olunmuş tərtibatı çox bəyənmişlər. Daha sonra Böyük və Orta qruplarda “Sadə təhlükəsizlik qaydaları” və “Payız” məşğələlərinə baxış olunmuş, dərslər təhlil olunaraq müzakirələr aparılmışdır. Tərbiyəçilərin fikirləri dinlənilmiş, müəyyən rəy və təkliflər verilmişdir. Müzakirələrdən sonra konfransın gündəliyinə daxil olan “Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi – uşaq, uşaq-uşaq, tərbiyəçi-valideyn, valideyn-uşaq münasibətləri” və “Uşaqlara vətənpərvərlik hissini necə aşılayıram“ mövzusunda məruzələr dinlənilmiş, maraqlı fikirlər səslənmişdir. Qarşılıqlı diskussiya şəklində keçən tədbiri uşaqların maraqlı çıxışları davam etdirdi.
Güllübəyim Lətifova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!