• Ana səhifə |
Subscribe by RSS or RUS
» » “Ölkəmizi tanıyaq” tur-aksiya keçirilib

“Ölkəmizi tanıyaq” tur-aksiya keçirilib

Yazar Ismayilli
//
01 dekabr 2015
//
//
Oxunub 1465
//
İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 35 nəfərlik qrup noyabrın 16-da “Ölkəmizi tanıyaq” devizi altında 4 gün davam edən növbəti tur-aksiya çərçivəsində Qubaya yola salınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu layihə məktəblilər, valideynlər, ümumən rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb. İsmayıllının mərkəzi meydanında təşkil olunan yola salma mərasimində tur-aksiya iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə çiçəklər qoyublar.
“Ölkəmizi tanıyaq” tur-aksiya keçirilib
Tədbirdə çıxış edənlər layihənin ölkə başçısının diqqət və qayğısının nəticəsi olduğunu söyləyib, tur-aksiyaları yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində, onların asudə vaxtlarının səmərəli və mənalı təşkilində böyük əhəmiyyətindən danışıblar.
Çıxışlarda vurğulanıb ki, indiyədək keçirilən tur-aksiyalarda İsmayıllıdan ümumilikdə 150 nəfərədək məktəbli Azərbaycanın ayrı-ayrı bölgələrində olublar. Dörd gün davam edəcək bu səfər zamanı şagirdlər Quba, Qusar və Xaçmaz bölgələrini gəzəcək, bu yerlərin dünəni, bu günü – tarixi, coğrafiyası, mədəniyyəti barədə ətraflı bilgilər alacaq, şən və mənalı istirahət edəcəklər.
Səfərdən böyük təəssüratla qayıdacağına əminliyini bildirən XI sinif şagirdi Samirə Mikayılova deyib:
- Azərbaycanımızın şimal ərazilərinə getmək, o yerləri görüb gəzmək çoxdankı arzum idi. Prezdentimizə çox-çox minnətdaram ki, onun tapşırığı ilə reallaşdırılan “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində bu arzuma çatıram. Etiraf edim ki, gedəcəyimiz rayonlar barədə o qədər də dərin bilgim yoxdur. Şimal bölgəmiz barədə yalnız kitablardan, mətbuatdan oxumuşam. Axı, oxuyub öyrənməkdənsə, gəzib, görüb öyrənmək daha yaxşı, daha yaddaqalan olur. Bu tanışlıq o yerləri bizlərə daha çox sevdirəcək.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, valideyn Bayram Rəhimov yolasalma mərasimində çıxış edib, şagirdlərə yaxşı yol, mənalı istirahət arzulayıblar.
Nəsimi Teymurov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!