• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Rahatlığa istiqamətlənmiş görüşlər

Rahatlığa istiqamətlənmiş görüşlər

Yazar Ismayilli
//
18 noyabr 2015
//
//
Oxunub 683
//
Kənd yerlərində yaşayan əhalinin sosial durumu ilə yerlərdə tanış olmağa üstünlük verən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov noyabr ayının 12-də Cülyan kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib
Cülyan kəndində 230 şagirdin təhsil aldığı tam orta məktəb, kitabxana, uşaq bağçası, həkim məntəqəsi, fəaliyyət göstərir.
Rahatlığa istiqamətlənmiş görüşlər
Kənddə 385 ev, 416 təsərrüfatda 1546 nəfər sakin yaşayır.
Kənd dağətəyi ərazidə yerləşdiyindən bağçılıq və heyvandarlıq üçün daha əlverişlidir.
Bir neçə ay əvvəl kəndi rayon mərkəzi ilə birləşdirən yola asfalt döşənib. Görüşdə bunun əvəzsiz bir rahatlıq olduğunu qeyd edən sakinlər kəndin mərkəzi küçəsinin də asfaltlaşdırılmasını xahiş ediblər.
İctimai əhəmiyyət kəsb edən digər xahişlər də olub. Belə ki, sakinlər kənddə tibb məntəqəsi tikilməsi, uşaq bağçasının təmir olunması məsələlərini gündəmə gətiriblər. Həlli vacib sayılan məsələlərdən biri də Cülyan kəndinin qərbindən axan çayın sahilinə beton bəndin çəkilməsi olub. Şəxsi problemləri olanların da çıxışları dinlənilib.
Çıxışlardan sonra RİH başçısı M.Sadıqov səsləndirilən problemlərin həlli istiqamətində aidiyyəti idarələrin rəhbərlərinə tapşırıqlar verib. Başçı sakinləri, xüsusilə də gəncləri faydalı əməklə məşğulluğa dəvət edib. Yaxşı yaşamaq üçün zəhmət çəkməyin, gəlir gətirən iş yerləri qurulmasının başlıca şərt olduğunu vurğulayıb.
Görüş zamanı problemlərlə bağlı aidiyyəti rəsmilərin verdiyi arayışlardan məlum olub ki, qısa vaxtda onların həlli istiqamətində lazımı işlər görüləcəkdir.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!