• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Konstitusiyanın 20 illiyi qeyd edildi

Konstitusiyanın 20 illiyi qeyd edildi

Yazar Ismayilli
//
18 noyabr 2015
//
//
Oxunub 1417
//
“Heydər Əliyev İdarəetmə Məktəbi”nin məşğələləri ardıcıl olaraq Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilir. Noyabr ayının 12-də Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə həsr olunmuş tədbir də məktəbin növbəti məşğələsi çərçivəsində təntənə ilə, burada qeyd olundu. Konstitusiyamızın baş memarı və yaradıcısı ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilən tədbirdə Konstitusiya barədə məruzəni rayon məhkəməsinin hakimi Azad Əliyev etdi.
Konstitusiyanın 20 illiyi qeyd edildi
Konstitusiyanın 20 illiyi qeyd edildi
Rayon prokurorunun köməkçisi Turxan Seyid, şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Təranə Məmmədova və Qalınçaq kənd tam orta məktəbinin direktoru Xalid Seyidov Konstitusiyamıza müxtəlif aspektlərdən yanaşmaqla təhlili çıxışlar etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yekunda söylədiyi nitqdə bildirdi ki, Azərbaycan həyatının elə bir istiqaməti, elə bir sahəsi yoxdur ki, onun inkişafı, yeniləşməsi, müasirləşməsi, milli maraqlar üzərində qurulması ümummilli liderimiz Heydər Əliyevin şərəfli adı ilə bağlı olmasın.
20 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikası Konstitusiyasının qəbulu da Ulu öndərin xilaskarlıq missiyasının sona qədər yerinə yetirilməsinin təzahürüdür. Konstitusiya Azərbaycanda hüquqi dövlət yaradılmasının əsasadır. Dövlət müstəqilliyinin əbədiləşməsində hüquqi baza olan Azərbaycan Konstitusiyası Heydər Əliyevin dərin idrakının, qlobal düşüncəsinin, mənsub olduğu xalqın taleyi üçün özünü məsul bilməsinin, haqqa, ədalətə doğru inamlı, iradəli gedişinin nəticəsidir.
Ümummilli liderimiz Heydər Əliyev 1995-ci ilin noyabr ayının 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın memarı və yaradıcısıdır. Bu gün ölkədə qazanılan nailiyyətlər, Azərbaycanın Beynəlxalq miqyasda söz sahibinə çevrilməsi məhz prezidentimiz İlham Əliyevin Heydər Əliyev Konstitusiyasına əsaslanmasının nəticəsidir.
Rayonda bütün fəaliyyət sahələrinə Konstitusiyaya uyğun rəhbərlik edilir, insan hüquqları ən yüksək səviyyədə qorunur, əmək hüququnun həyata keçirilməsi üçün şərait yaradılır, sakinlərin zəngin həyata qovuşması üçün zəruri tədbirlər icra olunur.
Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar foyedə ədəbi-bədii kompozisiyaya tamaşa etdilər.
M.Məhərrəmov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!