• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Bayrağımız qürurumuzdur

Bayrağımız qürurumuzdur

Yazar Ismayilli
//
18 noyabr 2015
//
//
Oxunub 1154
//
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi, bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Bu məsuliyyət dövləti milli maraqların daim keşiyində dayanmağın ictimai-siyasi əxlaqına yüksəlir. Fərd vətəndaşlığın əxlaqi yükünü öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. O, şəxsi həyatındakı irəliləyişləri belə öz dövlətinin milli inkişafından ayrılmaz şəkildə dərk edir. Milli simvolların öncülü olan Bayraq vətəndaş əxlaqında məhz bu keyfiyyətləri cilalayır. Bayraqda təcəssümünü tapan rəmzlər insanın ictimai-siyasi dünyagörüşünün komponentlərinə çevrilərək, onun konkret fəaliyyət sferasında məqsədəuyğun istiqamətləri formalaşdırır və stimullaşdırır.
Bayrağımız qürurumuzdur
1998-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamda vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin önəmi vurğulanır, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar müəyyən edilirdi. Ümummilli liderimiz Heydər Əliyev bayrağımız haqqında deyirdi:
- Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də, gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun.
Gənclərin Anti-Narkomaniya ictimai birliyi olaraq, bu müqəddəs gün münasibətilə 6 noyabr 2015-cil il tarixdə İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbində “Bayrağımız qürurumuzdur” şüarı altında bilik müsabiqəsi keçirildi. Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan coğrafiyası, Azərbaycan tarixi fənləri üzrə keçirilən müsabiqədə 4 komanda iştirak etdi, iştirak edən, eləcə də qalib komanda üzvləri diplomlarla təltif olundu.
Müsabiqənin təşkili işində dəstək verən şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Ramil Dadaşova, riyaziyyat müəllimi Rəna Rəhimovaya, müsabiqənin təşkilatçısı İslam Mikayıllıya təşəkkür edirik.
Qüdrət Kazımov,
GANİB-nin sədri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!