• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Məktəbdə Bayraq günü keçirilib

Məktəbdə Bayraq günü keçirilib

Yazar Ismayilli
//
18 noyabr 2015
//
//
Oxunub 1551
//
7 noyabr 2015-ci ildə İsmayıllı şəhər 6 nömrəli tam tam orta məktəbində “Bayraq günü”nə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov, “İsmayıllı xəbərləri”qəzetinin baş redaktoru Şahməmməd Soltanov da iştirak edib.
Məktəbdə Bayraq günü keçirilib
Tədbir Dövlət himninin oxunması ilə başlayıb. Tədbiri açan məktəb direktoru Qalib Bəşirov Bayraq Gününün keçirilmə tarixi barədə qısa məlumat verib. Q.Bəşirov müəllim və şagirdləri bayram münasibətilə təbrik etdikdən sonra əlamətdar günlə bağlı məruzə üçün sözü məktəbin tarix müəllimi Aybəniz Əsədovaya verib. A.Əsədova Dövlət atributlarından, o cümlədən Dövlət bayrağımızın tarixindən bəhs edən geniş məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri X.Abbasov demokratik, hüquqi dövlət olan Azərbaycanın dünya arenasında danılmaz mövqeyindən, siyasi uğurlarından danışdı və bayrağımızın dünyanın aparıcı dövlətlərinin bayraqları sırasında dalğalanmasından qürur duyduğunu söylədi və şagirdlərin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasının vacib məsələ olduğuna diqqət çəkib. O həmçinin, bayram münasibətilə məktəbin müəllim və şagird heyətini təbrik edib.
Tədbir zamanı məktəbin fəal şagirdləri Vətənə, torpağa, bayrağa həsr olunmuş müxtəlif şeir və mahnılar söyləyiblər.
Elvin Əliyev,
məktəbin müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!