Yaşamaq üçün ən ucuz rayonlar » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Yaşamaq üçün ən ucuz rayonlar

Exo qəzeti ilə müsahibədə Dayanıqlı inkişaf tədqiqatları mərkəzinin sədri Nəriman Ağayev bildirmişdir ki, Azərbaycanın yaşamaq üçün ən ucuz rayonları İsmayıllı, Ağsu və Siyəzəndir. Onun sözlərinə görə ölkədaxili miqrasiya proseslərində də (yaşayış yerini dəyişmə) bu hal özünü göstərir. Əgər diqqətlə baxsaq görərik ki, hamıdan az məhz həmin rayonlardan insanlar Bakıya gəlirlər. N.Ağayevin qeyd etdiyi kimi, məsələnin mahiyyəti ondadır ki, ölkənin bu rayonlarında aqrar sektor güclü inkişaf etmişdir. İnsanlar ehtiyaclarına uyğun olan nə varsa özləri əkib-becərirlər, başqa sözlə əhali özünü ilkin tələbat malları ilə təmin edir. Gənclər üçün də iş kifayət qədərdir. Rəqabət aşağı səviyyədədir, inhisarçılıq isə tamamilə istisna edilir.
N.Ağayev qeyd edir ki, bu rayonlarda qonaqlar üçün də yaşamaq asandır, qiymətlər başqa yerlərlə müqayisədə ucuzdur. Bir ay müddətinə 100-150 manata mənzil kirayələmək olar. Bununla yanaşı bir gündə 6 manat tələb olunur ki, kafe və restoranlarda nahar edəsən. Səhər yeməyi 1,5 manat, axşam naharı isə 3,5 manatdır. Bakının ictimai iaşə yerlərində belə qiymətləri görməmişəm. Səhər yeməyinə kərə yağından başlayaraq, pendir, yumurta, şirinçay daxildir. Ekspertin qiymətləndirməsinə görə, yuxarıda adları qeyd olunan rayonlarda istehlak xərcləri müqayisədə ən azı iki dəfə aşağıdır.
N.Ağayev qeyd edir ki, su ilə pis təchiz edilən və turizm zonalarına yaxın rayonlarda yaşamaq qiyməti daha yüksəkdir. İndiki halda söhbət Quba, Xaçmaz, Lənkəran və Kürdəmir rayonlarından gedir. Misal üçün, Lənkəranda ət çox bahadır. Əhali özünün becərdiyi tərəvəzin və balıq məhsullarının hesabına yaşayır. Bununla yanaşı, Azərbaycanın bütün dağ rayonlarında qiymətlər yüksəkdir. İstehlak mallarının daşınma xərclərinin yüksək olması dağlıq və paytaxtdan uzaq rayonlarda da yaşamaq qiymətini baha edir- deyə N.Ağayev sonda bildirmişdir.

A.Xəlilov,
N.Karu
Exo qəzeti, 11 avqust 2012-ci il, 143 (2825)
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter