• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Sağlam gənclik gələcəyin sığortasıdır

Sağlam gənclik gələcəyin sığortasıdır

Yazar Ismayilli
//
31 oktyabr 2015
//
//
Oxunub 1306
//
Oktyabr ayının 20-də İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində hərbidən tərxis olunmuş gənclərlə görüş keçirilib.
Tədbir ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymaqla başlayıb. Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun, digər idarə və müəssisə rəhbərlərinin, ağsaqqalların, müharibə veteranlarının, gənclərin iştirakı ilə Heydər Əliyev Mərkəzində toplantı keçirilib.
Sağlam gənclik gələcəyin sığortasıdır
Toplantını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi Xamis Bədəlov açıb. O, çıxışında bildirib ki, ölkə gənclərinə belə yüksək dəyərin verilməsinə bünövrə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon ərazisindən hərbi xidmətə gedən gənclərin hər zaman yüksək əhval ruhiyyədə yola düşməsini onların vətənə, dövlətə sadiq olmalarının göstəricisi kimi qiymətləndirib.
Görüşdə çıxış edən gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını, vətənin azadlığı uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildirib.
Daha sonra Böyük Vətən müharibəsi iştirakçısı Niyaz Ağayev çıxış edərək müharibənin ağrı və acılarından danışıb, hazırda ağsaqqal veteranlara göstərilən xüsusi diqqət və qayğıdan söz açıb, bütün bunlara görə ölkə Prezidentinə və rayon rəhbərliyinə təşəkkürünü bildirib.
Rayon Məşğulluq Mərkəzinin rəisi Həsən Həsənov çıxış edərək bildirib ki, hərbi xidmətdən tərxis olunmuş gənclərin işlə təmin olunması vacib məsələlərdəndir. Rəhbərlik etdiyi mərkəz bu istiqamətdə vəzifələrin icrasına ciddi səy göstərəcəkdir.
RİH başçısı M.Sadıqov ordudan tərxis olunmuş gəncləri Vətən qarşısında borclarını verdiklərinə görə təşəkkür edib. Başçı gəncləri faydalı əməklə məşğulluğa, sənəti olmayanları bu gün üçün önəmli olan sənətləri öyrənməyə, kiçik sahibkarlığa dəvət edib.
Gənclərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən hərbi biletlər və qiymətli hədiyyələr təqdim olunub. Mərkəzinin foyesində istedadların kiçik konsert proqramı dinlənilib və alqışlarla qarşılanıb.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!