• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Yeni rubrika: “Sual-cavab”

Yeni rubrika: “Sual-cavab”

Yazar Ismayilli
//
31 oktyabr 2015
//
//
Oxunub 823
//
Uşağın adının və soyadının dəyişdirilməsi üçün nə etməli?

Uşağın adının və soyadının dəyişdirilməsi qaydası və proseduru Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimlənir. Belə ki, Ailə Məcəlləsinin 53.1-ci maddəsində göstərilir ki, uşağın ad, ata adı və soyad daşımaq hüququ vardır. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılığ olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətləri yanında Qəyyumluq və Himayəçilik Orqanı) tərəfindən həll olunur.
Uşaq 18 yaşına çatana qədər yerli icra hakimiyyətləri (şəhər və ya rayon icra hakimiyyəti) yanında Qəyyumluq və Himayəçilik Orqanı onun adının dəyişdirilməsinə, həmçinin soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. İcazə verilməsi üçün valideynlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- valideynlərin nikah şəhadətnaməsinin surəti;
- uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
- valideynlərin şəxsiyyət vəsiqələrinin surəti;
- yaşayış yerindən arayış;
- valideynlərin notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri.
Yerli icra hakimiyyətləri yanında Qəyyumluq və Himayəçilik Orqanı tərəfindən situasiyaya uyğun digər sənədlər də tələb oluna bilər. Məsələn, əgər valideynlərdən biri vəfat edibsə, ölüm haqqında şəhadətnamənin surəti əlavə olunmalıdır. Əgər adı və ya soyadı dəyişdirilən uşağın 10 yaşı tamam olmuşdursa, uşağın razılıq ərizəsi də sənədlərə əlavə olunmalıdır. Bu birbaşa Ailə Məcəlləsinin 54.4-cü maddəsinin tələbidir.
Cavablandırdı:
Lətifə Abbasova,
“R Legal Consultation” MMC-nin direktoru

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!