• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Beynəlxalq Ahıllar Günü qeyd edilib

Beynəlxalq Ahıllar Günü qeyd edilib

Yazar Ismayilli
//
17 oktyabr 2015
//
//
Oxunub 1319
//
Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunan bütün ölkə vətəndaşlarının sırasında ahılların, qocaların, veteranların həyat şəraitinin zənginləşdirilməsinə xüsusi önəm verilir.
1 oktyabr 2015-ci il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Xeyir-şər evi”ndə Beynəlxalq Ahıllar Gününün təntənəli keçirilməsi bu baxımdan böyük razılıq doğurdu.
Rayon Veteranlar Şurasının, rayon ağsaqqallar şurasının tərkibində olan 100-dən çox ahılın toplaşdığı məclisdə RİH-nin başçısı Mirdaməd Sadıqov çıxış edərək, ahıllara göstərilən dövlət qayğısından, onların həyatının sağlam və təminatlı davamı üçün Prezidentin həyata keçirdiyi tədbirlərdən, ahıl və yaşlı insanların məsləhətləri ilə hazırlanan layihələrin icra vəziyyətindən ətraflı danışdı. Məclis iştirakçılarını təbrik etdi.
Beynəlxalq Ahıllar Günü qeyd edilib
Pensiyaçı müəllim Qureyiş Mikayılova, dövlət qulluğu veteranı Valeh Salehov, veteranlar şurasının sədri Abduləli Əliyev, şəhərin yaşlı sakini Rizvan Orucov çıxışlarında həmyaşıdlarına təbrik ünvanlamaqla yanaşı, dövlətimizin və Prezidentin onların həyatı üçün yaratdığı şəraitdən razılıqla danışdılar. Təşəkkür etdilər ki, hər bir yenilikdə, yeni layihələrin həyata keçirilməsində onların rəyi, təklifi nəzərə alınır.
Tələbə Rahid Rəcəbli, şagird Toğrul Qasımov ahılları təbrik etdilər. Rayon Mədəniyyət və Turizm Şöbəsinin “Niyal” xalq çalğı alətləri ansamblı nümunəvi konsert proqramı ilə tədbirə əsl bayram ovqatı bəxş etdi.
Tədbirdən əvvəl gənclərlə ahıllar arasında İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Rayon Komitəsi və rayon stolüstü oyunlar federasiyası nərd yarışı təşkil etmişdi. Hər üç yeri ahıllar tutdu. Tədbirin gedişində qaliblərə diplomlar və hədiyyələr təqdim olundu.
Növbəti bayram sevincini yaşayan ahıllar və gənclər böyük razılıqla təntənəli məclisi yekunlaşdırdılar.
Gülər Baxışova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!