• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Daha bir layihəyə imza atıldı

Daha bir layihəyə imza atıldı

Yazar Ismayilli
//
17 oktyabr 2015
//
//
Oxunub 1011
//
Yaponiyanın “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı “ çərçivəsində 9 oktyabr 2015-ci il tarixində İsmayıllı rayon Mədəniyyət sarayında “İsmayıllının Kürdmaşı kəndində su təchizatı sisteminin inşası” layihəsi üzrə qrant müqaviləsinin imzalama mərasimi keçirilib. Sözügedən mərasimdə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi iştirak edib. Hörmətli qonaqları və tədbir iştirakçılarını salamlayan RİH başçısı M.Sadıqov Yaponiya Səfirliyinin Azərbaycanda, xüsusi ilə də İsmayıllıda həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.
Daha bir layihəyə imza atıldı
Daha bir layihəyə imza atıldı
İcrası başa çatdırılan layihələrin Azərbaycan-Yaponiya, İsmayıllı-İto şəhərləri arasındakı dostluq əlaqələrinin təzahürü kimi dəyərləndirib Yaponiya-Azərbaycan dostluğu, əməkdaşlığının yüksək səviyyədə qurulduğunu və günü –gündən inkişaf etdirildiyini, həmin dostluğun timsalında İsmayıllı-İto şəhərləri arasında əlaqələrin möhkəmləndiyini qeyd edib. Bildirib ki, İsmayıllı Qafqazda Yaponiyanın İto şəhəri ilə Dostluq və Qardaşlıq müqaviləsi bağlayan ilk şəhərdir. Daha sonra natiq səfirə və onun ölkəsinə rayonumuza göstərdiyi xüsusi diqqətə görə təşəkkürünü bildirib.
İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev vurğuladı ki, 2002-ci ildən 2014-cü ilə qədər Yaponiyanın İsmayıllıda reallaşdırdığı 13 layihə çərçivəsində rayonun Basqal qəsəbəsində milli kəlağayı istehsal edən sex, Ruşan kəndində orta məktəbin yenidən tikintisi, Qalacıq kəndində xəstəxananın inşası, Buynuz kəndində məktəb binasının tikintisi, Şəhər Uşaq Poliklinikasının bərpası, Lahıc qəsəbəsində su təchizatı sisteminin təkmilləşdirilməsi, İvanovka kənd xəstəxanasında ginekoloji şöbənin bərpası, rayonda məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi, İki kənddə içməli su təchizatı qurğularının bərpası, Zoğallıq kəndində uşaq bağçasının tikintisi, Lahıcın kanalizasiya sisteminin bərpası, şəhərin Mican ərazisində uşaq bağçasının tikilməsi, Gəraybəyli kəndində tibb məntəqəsinin tikilməsi kimi mühüm işlər görülmüşdür. İmzalanan növbəti müqavilə sayəsində Kürdmaşı kəndində su təchizatı sistemi inşa olunacağını bildirib.
Səfir çıxışı zamanı Yaponiya-Azərbaycan, İsmayıllı-İto dostluq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib, göstərilən qonaqpərvərliyə və diqqətə görə təşəkkürünü bildirib. Səfir vurğulayıb ki, İsmayıllını itolular həddən çox seviblər. Hətta gəlib burada yaşamağı belə düşünürlər. Səfirin bu fikirləri tədbir iştirakçılarının alqışları ilə qarşılanıb. Ardınca Səfirlə “Gənclər İnkişaf naminə” İctimai Birliyinin sədri, layihənin icraçı rəhbəri Rafiq İsmayılov arasında müqavilə imzalanıb. 2002-ci ildən 2015-ci ilə qədər 14 mühüm müqavilənin imzalandığı layihəyə 1.2 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub. İmza mərasimindən sonra Rafiq İsmayılov çıxış edib. Layihənin uğurla həyata keçiriləcəyinə inandığını bildirib.
Sonda Kürdmaşı kənd sakinləri, İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov və kəndin ağsaqqalı Yunus Məmmədov çıxış edərək səfirliyə, layihənin icraçılarına kənd sakinlərinin təşəkkürünü çatdırıb. Səfirə rayon məktəblisinin rəsm əsəri təqdim olunub.
Elnarə Günəş

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!