Bələdiyyələrdə demokratiya həftəsi keçirilir » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Bələdiyyələrdə demokratiya həftəsi keçirilir

2015-ci ilin oktyabr ayının 12-dən 18-dək “Azərbaycanda yerli demokratiya həftəsi” həyata keçiriləcək tədbirlərlə əlaqədar İsmayıllı bələdiyyəsində tədbirlər planı hazırlanıb.
İş planına əsasən həftə ərzində “Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq və qarşılıqlı fəaliyyət” adı altında bir sıra tədbirlərin icrası nəzərdə tutulub.
Vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi baxımından görüşlərin keçirilməsi, seçicilərin müraciətlərinə baxılması, onlara görülən işlərlə bağlı məlumatların verilməsi, icrası nəzərdə tutulmuş layihələrin müzakirəsi iş planının əsasını təşkil edir. Bu məqsədlə bələdiyyədə həftə ərzində “açıq qapı” günləri elan olunub. Bələdiyyədə 285-36-89 nömrəli telefon “qaynar xətt” kimi müəyyən edilib. Əhalinin sıx toplaşdığı yerlərdə “bələdiyyənin poçt qutuları” qurulması da iş planına daxil edilib.
Bələdiyyədə inamlıdırlar ki, hər il olduğu kimi, bu il də İsmayıllı şəhər sakinləri demokratiya həftəsində fəallıq nümayiş etdirəcəklər.
İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev məsələ ilə əlaqəli suallarımızı cavablandırdıqda yerli demokratiyanın inkişafında vətəndaşların iştirakının və hüquqi biliklərinin artırılmasında əhalinin razılığına səbəb olan mükəmməl tədbirlərin keçiriləcəyinə əmin olduğunu bildirdi.
“İsmayıllı xəbərləri”
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter