• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı multikulturalizm məkanıdır

İsmayıllı multikulturalizm məkanıdır

Yazar Ismayilli
//
16 oktyabr 2015
//
//
Oxunub 1786
//
10 oktyabr 2015-ci il tarixdə Lahıc qəsəbəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Multikulturalizm və Azərbaycan folkloru” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovla birgə digər əməkdaşlar iştirak və çıxış ediblər.
İsmayıllı multikulturalizm məkanıdır
İsmayıllı multikulturalizm məkanıdır
Dəyirmi masanın təşkilatçısı, Lahıc qəsəbə tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, AMEA Folklor İnstitutunun doktorantı, 2014-cü ilin “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuş Dadaş Əliyev olub.
Tədbirdə Mollaisaqlı, Sumağallı, İvanovka kəndlərinin, eləcə də Lahıc qəsəbəsinin folklor qruplarının çıxışları dinlənilib. Səslənən ifalar müxtəlif dillərdə olsa da, dinləyicilər tərəfindən eyni dərəcədə istək və hərarətlə alqışlanıb.
Çıxışlarda multikulturalizm sahəsində İsmayıllı rayonunun öndə görünən bölgələrdən olması xüsusilə qeyd olunub.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!