Yeni dərs ili başlandı » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Yeni dərs ili başlandı

Yeni dərs ilinin başlanması münasibətilə İsmayıllı rayonunun 80 ümumtəhsil məktəbində tədbirlər keçirilib.
Yeni təmir olunmuş İsmayıllı şəhər 3 nömrəli tam orta məktəb-liseydə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov, RİH başçısının müavini Sevil Əhmədova və rayon təhsil şöbəsinin müdiri Rasim Orucov çıxış edərək kollektivi Bilik günü münasibətilə təbrik ediblər. Qeyd olunub ki, rayon üzrə 2014-2015-ci tədris ilinin məzunlarından 310 nəfər ali məktəblərə qəbul olunub. Tələbə adını qazananlardan 48 nəfəri 500-dən, 20 nəfəri isə 600-dən yuxarı bal toplayıb.
Yeni dərs ili başlandı
Rayon sakinləri , valideynlər çıxış edərək övladlarına, onların təhsilinə diqqət və qayğı göstərən dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda iştirakçılar məktəbdə yaradılan yeni şəraitlə tanış oldular.
Rayon sakinləri , valideynlər çıxış edərək övladlarına, onların təhsilinə diqqət və qayğı göstərən dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda iştirakçılar məktəbdə yaradılan yeni şəraitlə tanış oldular.
**
15 sentyabr - Bilik günü münasibətilə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində də tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Bilik fondunun nümayəndəsi Folklor İnstitutunun direktoru Ağaverdi Xəlilov iştirak ediblər. Məktəbə yeni qədəm qoyan birincilər əzbərlədikləri şeirlərlə iştirakçıları təbrik ediblər.
Yeni dərs ili başlandı
Tədbirdə çıxış edən R.Ağayev yaşının az olmasına baxmayaraq, böyük uğurlara imza atan, İsmayıllı təhsilində önəmli yerdə qərarlaşan məktəb kollektivini İsmayıllı rayon İcra başçısı Mirdaməd Sadıqovun adından təbrik edib.
Sonda Məktəbin direktoru Elçin Məmmədov Bilik günü münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edərək bildirib ki, hamımızın birgə səyi nəticəsində yeni tədris ilində də uğurlarımızın daha çox olacağına inanırıq.Bilik bayramınız mübarək olsun!
**
Bilik günü münasibətilə Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbində tədbir keçirilib. Tədbirdə İsmayıllı rayonu İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov, qəsəbə sakinləri məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Yeni dərs ili başlandı
Çıxış edənlər ölkənin, eləcə də rayonun bütün sahələrdə, həmçinin təhsildə inkişaf istiqamətləri barədə danışıblar. Natiqlər şagirdləri Bilik günü münasibətilə təbrik edib, hamıya can sağlığı, uğurlar arzu ediblər.
Məktəbin kollektivi burada aparılan cari təmir işlərinə görə cənab Prezidentə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Çalınan zəng tədbirin yekunlaşdığını və yeni dərs ilinin başlandığını bildirib.
“İsmayıllı xəbərləri”
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter