• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Daha məsul vəzifələr qarşısında

Daha məsul vəzifələr qarşısında

Yazar Ismayilli
//
30 sentyabr 2015
//
//
Oxunub 1308
//
smayıllı müəllimlərinin ənənəvi növbəti konfransı Gənclər Mərkəzinin akt zalında baş tutdu. Bu məclisə təhsil işçiləri ilə bərabər RİH-in yerlərdəki icra nümayəndələri, bələdiyyə sədrləri, bir sıra idarə və təşkilatların nümayəndələri dəvət edilmişdi. Toplantıda Azərbaycan Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Fərzalı Qədirov və İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov iştirak etmişdir.
Daha məsul vəzifələr qarşısında
İsmayıllı Təhsil Şöbəsinin müdiri Rasim Orucov konfransı açaraq “2014-15-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr”mövzusunda hesabat məruzəsini iştirakçılara təqdim etdi. Məruzəçi 2014-2015-ci tədris ilində qazanılan uğurlardan geniş söhbət açdı, məzunların ali məktəblərə qəbulu ilə əlaqədar rəqəmlər gətirdi. Rayonda fəaliyyət göstərən 80 ümumtəhsil məktəbində 11377 nəfər şagird təhsil alıb. İmtahanlarda iştirak edən 557 məzunun 310 nəfəri tələbə adını qazanıb. Ali məktəblərə qəbul olunmuş məzunların 51 nəfəri 500-dən, 20 nəfəri 600-dən artıq bal toplamışdır. Yüksək bal toplamış məzunlar “Təhsil bayramı”nda qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Bu sahədəki nailiyyətlərin əvvəlki illərlə müqayisədə yüksək olması qeyd edildi.
Ötən dərs ilinin yekunlarına əsasən İvanovka kənd tam orta məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi”, altı nəfər müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur. Məktəblərin müasir elektron vasitələrlə təmin edilməsindəki işlərin yüksək səviyyədə olması xüsusi vurğulandı. Bununla əlaqədar işdə olan çatışmazlıqlara da diqqət yetirildi.
Məruzəçi bir müsbət cəhəti də qeyd etdi. İsmayıllı məktəblərinin xarici ölkələrin təhsil sistemləri ilə yaxın münasibətlər qurması, təcrübə mübadiləsi etməsi işini müsbət cəhət kimi vurğuladı. Rayon müəllimlərinin bir qrupunun Almaniya, İtaliya, Yaponiya və sair ölkələrdə olması işin xeyrinədir. Bu sahədə şəhər 1 nömrəli tam orta məktəbinin təcrübəsi daha çoxdur. Bu sahədə görülən işlərdən misallar gətirdi.
R.Orucov hesabatında çatışmazlıqlara da geniş yer verdi. O, qeyd etdi ki, son illər rayonda hər dərs ilində yeni məktəblər tikilib istifadəyə verilməsinə baxmayaraq, binası köhnə və müasir tələblərə cavab verməyən məktəblərimiz də qalmaqdadır. Bununla yanaşı, rayonda uşaq bağçalarının az olması heç də təhsilin xeyrinə deyil. Müəllim çatışmazlığı da işimizə mənfi təsir göstərir. Düzdür, hər il yeni gənc müəllimlər gəlirsə də azdır, xüsusilə uzaq kəndlərdə bu məsələ daha qabarıq nəzərə çarpır. Məktəblərdə psixoliq ixtisaslı müəllimlərə böyük ehtiyac var. Bəzi məktəblərdə olan psixoloqlar da qeyri-ixtisaslıdır. Məruzəçi bir sıra kənd məktəblərində siniflərin qızdırılması işində çətinliklərin olmasını da diqqətə çatdırdı.R.Orucov qeyd etdi ki, təhsil işçilərimiz yeni tədris ilində daha məsul işlərin həyata keçirilməsinə çalışacaqlar.
Məruzə ətrafında çıxışlar oldu. Ruşan kənd orta məktəbinin direktoru Rəna Məmmədova, Cülyan kənd məktəbinin məzunu Taleh Ağayev, şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Bahar Abdullayeva, Mücü kənd məktəbində yeni əmək fəaliyyətinə başlamış Nərgiz Əliyeva, şəhər 2 nömrəli tam orta məktəbinin məzunu, yüksək bal toplayan Afaq Sabirli, valideyn Kamran Aydınov, rayon Peşə Mərkəzinin direktoru Zaur Muradov, Xankənd orta məktəbinin direktoru Rauf Adıgözəlov çıxış etmişlər.
Azərbaycan Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Fərzalı Qədirov çıxışından sonra “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri olan altı nəfər müəllimə və “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsində qalib olmuş İvanovka kənd tam orta məktəbinə vəsiqələr təqdim etmişdir.
İsmayıllı RİH başçısı M.Sadıqov pedaqoji kollektivlərin qarşısında duran vəzifələrdən, bu sahəyə göstərilən dövlət qayğısından danışdı. O, qeyd etdi ki, biliklərin əsası birinci siniflərdə qoyulmalıdır və fundamental biliklərə daha çox diqqət yetirilməlidir. Mirdaməd müəllim xüsusilə vurğuladı ki, humanistləşmə, demokratikləşmə ardıyca qaçarkən milli xüsusiyyətlər, mentalitetimiz mütləq nəzərə alınmalıdır. Bizim adət-ənənələrimiz imkan verməz ki, xaricilər kimi yaşayaq. Buna kiçik yaşlardan diqqət yetirilməlidir.
Konfransda əlavələrlə birlikdə geniş qətnamə qəbul olundu.
B.Babayev

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!