• Ana səhifə |
Subscribe by RSS or RUS

Təbrik edirik

Yazar Ismayilli
//
09 sentyabr 2015
//
//
Oxunub 896
//
Hörmətli Mirdaməd müəllim!
Sizi 65-ci doğum gününüz münasibəti ilə “İsmayıllı xəbərləri” qəzetinin oxucuları, onların ətrafında olan saf və səmimi insanların adından təbrik edir, Sizə istək və arzularınızın gerçəkləşməsi üçün möhkəm can sağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayırıq!
Təbrik edirik
Hörmətli Mirdaməd müəllim!
Siz Azərbaycanımızı, hazırda isə onun mirvari parçası olan İsmayıllını abad görmək amalı ilə ömrünüzün ən mənalı illərini bu məqsəd və qazanılan şərəfə həsr etmisiniz. Ümidvarıq ki, ulu Yaradanın Sizə bəxş etdiyi sağlamlıq, zəka və vətən sevgisi ilə hələ uzun illər bu yolda böyük uğurlara imza atacaqsınız.
İnanırıq ki, yorulmadan rəhbərlik etdiyiniz İsmayıllı çiçəklənən Azərbaycanımızın digər bölgələri ilə bərabər, gündən-günə yeniləşəcək və tərəqqi edəcəkdir.
Siz ömür yolu nümunə olan alim, ziyalı, vətəndaş və ağsaqqalsınız. Haqqı, halalı, İsmayıllını sevənlər həmişə Sizinlədir! Ömrünüzün bütün günləri fərəhli və mənalı olsun, əziz Mirdaməd müəllim!
Allah Sizi qorusun!!!
Dərin hörmətlə:
“İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyəti

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!