• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Problemlər aradan qaldırılır

Problemlər aradan qaldırılır

Yazar Ismayilli
//
09 sentyabr 2015
//
//
Oxunub 1036
//
İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov Milli Məclisin deputatı Novruzəli Aslanovla birgə rayonun Mollaisaqlı və Qalagah kəndlərində səyyar görüş-qəbul keçirib.
Səyyar qəbullarda son illərdə respublikada və rayonda görülən, bir sıra sosial və iqtisadi əhəmiyyət kəsb edən quruculuq işlərdən bəhs edən rayon rəhbəri kəndin problemlərindən də xəbəri olduğunu vurğulayıb.
Problemlər aradan qaldırılır
Problemlər aradan qaldırılır
Sakinlər isə yaşadıqları ərazidə mövcud olan ümumi problemləri və həllinə köməklik göstərilməsini istədikləri şəxsi məsələləri dilə gətiriblər. Müraciətləri dinləyən RİH başçısı M.Sadıqov onların həlli üçün müvafiq qurumlara aidiyyəti tapşırıqlar verib.
**
Buynuz kəndi İsmayıllı rayonunun Topçu kənd inzibati ərazi dairəsinin hüdudlarındadır. Gözəl təbiətə və coğrafi mövqeyə malik olan bu kənddə son illərdə yeni tikilən yaşayış evlərinin sayı artmaqdadır. Kənddəki bu müasirlik ilk baxışdan sezilməkdədir. Təbii haldır ki, şəxsi təsərrüfatlardakı inkişaf, ictimai, sosial əhəmiyyət kəsb edən məsələlərin həllindəki çatışmazlıqları daha qabarıq şəkildə ortaya çıxarır.
Problemlər aradan qaldırılır
152 evdən, 246 təsərrüfatdan ibarət Buynuz kəndinin 620 nəfər sakini var. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənddə fəaliyyət göstərən tam orta məktəbdə 105 nəfər şagird təhsil alır.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Buynuz kənd sakinləri ilə görüş-qəbul keçirib.
Qəbulda çıxış edən sakinlər ölkədə, eləcə də rayonda gedən quruculuq işlərindən razılıqla danışıb, kənd yolunun asfaltlaşdırılması, elektrik transformatorunun daha güclüsü ilə əvəzlənməsi, kəndin torpaqlarını yuyan Göyçay çayının Buynuz kəndinə yaxın keçən hissəsinə mühafizə bəndinin qurulmasını və xidmət müddətini çoxdan başa vurmuş kənddaxili elektrik dirəklərinin dəyişdirilməsini əsas problemlər kimi diqqətə çatdırıblar.
Qəbulda gənclərin əmək məşğulluğu və keyfiyyətli təhsil alması məsələləri də söhbətin mövzusu olub. Qeyd olunub ki, paytaxtda və rayon mərkəzindəki inkişaf qısa zamanda kəndlərdə də öz əksini tapacaqdır.
Sonda RİH başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!