• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Fədakarlıq, əzmkarlıq mühüm rol oynayır

Fədakarlıq, əzmkarlıq mühüm rol oynayır

Yazar Ismayilli
//
09 sentyabr 2015
//
//
Oxunub 1039
//
Avqust ayının 18-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şirvan bölgəsi üzrə rayon şöbələrinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib.
Müşavirədə YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı, Göyçay, Şamaxı, Ağsu, Qobustan, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayon şöbələrinin üzvləri iştirak ediblər.
Fədakarlıq, əzmkarlıq mühüm rol oynayır
Fədakarlıq, əzmkarlıq mühüm rol oynayır
Fədakarlıq, əzmkarlıq mühüm rol oynayır
Fədakarlıq, əzmkarlıq mühüm rol oynayır
Müşavirədə çıxış edən YAP sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının Milli Məclisə keçiriləcək növbəti seçkilərə ciddi şəkildə hazırlaşdığını bildirib. Əli Əhmədov qeyd edib ki, bütün seçkilərdə olduğu kimi, bu dəfə də partiyamız bütün gücünü, resurslarını yüksək nəticəyə səfərbər edib. Onun sözlərinə görə, artıq YAP-ın yerli strukturları, partiyanın fəalları seçkilərə hazırlıq prosesinə cəlb olunublar.
YAP sədrinin müavini onu da bildirib ki, son parlament seçkilərindən keçən müddət ərzində ölkəmizdə böyük inkişaf baş verib. Bu inkişafın hər bir sahəni əhatə etdiyini deyən Əli Əhmədov Azərbaycanın əzəmətli, möhtəşəm inkişafının əsasında ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin dayandığını bildirib.
YAP sədrinin müavini qeyd edib ki, seçkilərdə inamlı qələbənin qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkilidir. Bundan əvvəlki seçkilərdə də partiyanın bu prinsipə sadiq qaldığını deyən Ə.Əhmədov YAP-ın böyük, güclü insani potensialının da seçkilərdə uğur qazanılmasında mühüm rol oynadığını diqqətə çatdırıb: “Partiyanın yerli strukturlarında fəaliyyət göstərən seçki qərargahlarının üzvlərinin mütləq əksəriyyəti böyük seçki təcrübəsinə malik olan insanlardır. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərində də sizlər öz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz. Təbii ki, partiyamızın bu resursundan, yəni insani potensialından hər zaman səmərəli istifadə etməyə çalışmışıq. Qələbələrimizin əldə olunmasında partiyamızın üzvlərinin fədakarlığı, əzmkarlığı mühüm rol oynayır”.
Müşavirədə YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov, YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov və Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edərək demokratik dövlət quruculuğunda seçkilərin əhəmiyyətindən, Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlardan, prezident İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən, beynəlxalq aləmdə nüfuzunun artmasından danışıblar.
Çıxış edənlər əminliklə qeyd ediblər ki, bütün seçkilərdə xalqın dəstəyini qazanan YAP bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərində də dəyişməz mövqeyini nümayiş etdirməklə, partiyanın irəli sürəcəyi namizədlərə səs verəcək.
Sonda YAP sədrinin müavini Əli Əhmədov qarşıdakı dövrdə görüləcək işlərlə bağlı tədbir iştirakçılarına tövsiyə və tapşırıqlarını verib.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!