• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Şura iclaslarında

Şura iclaslarında

Yazar Ismayilli
//
09 sentyabr 2015
//
//
Oxunub 1536
//
Avqust ayının 22-də İsmayıllı RİH başçısı yanında növbəti Şura iclası keçirilib. Şuranın gündəliyinə çıxarılan məsələ “Rayonda gender proqramının, ailə, qadın və uşaq problemlərinin həlli vəziyyəti” mövzusunda olub.
Şura iclaslarında
Məsələ ilə bağlı İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova ətraflı məruzə edib. Mövzunun müzakirəsində RİH başçısının birinci müavini Rövşən Ağayevin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun, Rayon Polis Şöbəsinin əməkdaşı Əbülfət Yarıyevin, İsmayıllı YAP qadınlar təşkilatının sədri Xuraman Qurbanovanın, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini İsrayıl İsmayılovun çıxışları diqqətlə dinlənilib.
Şura iclasında iştirak edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabovanın, şəhər 7 nömrəli tam orta məktəbinin müəllimi Şirinbəyim Atayevanın, İsmayıllı RİH-i Hüquq şöbəsinin müdiri Xətai Abbasovun, ”Xalq” qəzetinin bölgə müxbiri İlqar Musayevin, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanovun mövzu ilə bağlı irəli sürdükləri təkliflər maraqla qarşılanıb.

**
Avqustun 31-də keçirilən Şura iclasında “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli, 136 nömrəli qərarından irəli gələn vəzifələrin icrası, eləcə də, rayonun istifadəsində olan yay otlaq sahələrindən səmərəli və qanunamüvafiq istifadə edilməsi istiqamətində görülən işlər barədə” mövzusu müzakirə olunub.
Mövzu ətrafında açıqlamanı İsmayıllı RİH başçısının müavini Mahmud Süleymanov edib.
Çıxışlarda Brovdal bələdiyyəsinin sədri Ağami Ağayev, Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev, İsçayıllı RİH başçısının Müdri İƏD-i üzrə nümayəndəsi Vüqar Mustafayev, Əhən bələdiyyəsinin sədri Sevinc Cəbiyeva və başqaları çıxış ediblər.
Şura iclasında Şamaxı, Ağsu, Kürdəmir, Göyçay və Qəbələ rayonlarından gəlmiş fermerlər də iştirak ediblər.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!