• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı təhsilinin davamlı uğurları

İsmayıllı təhsilinin davamlı uğurları

Yazar Ismayilli
//
09 sentyabr 2015
//
//
Oxunub 2801
//
“Qala” şadlıq sarayının önündəki qələbəlik hələ uzaqdan diqqəti cəlb edir. Yaxınlaşanda binanın önündəki rəsm sərgisi diqqəti çəkir, insanı rənglər aləminə aparır. Məktəblilərin əli ilə işlənmiş müxtəlif portretlər, mənzərə və sair əsərlər buraya yaxınlaşanları ayaq saxlamağa, görünənləri nəzərdən keçirməyə vadar edir. İçəridən isə məşhur “Tələbəlik illəri” mahnısının həzin sədaları ətrafa yayılır. Bu gün rayonun 300 nəfərdən artıq gənci – dünən şagird, indi isə tələbə adını qazanmış oğlan və qızlar növbəti “Təhsil bayramı”nı qeyd etməyə toplaşıblar. Tədbirə qocaman təhsil işçiləri, əmək veteranları, rayonun idarə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının nümayəndələri dəvət olunublar. Rayonumuzdan olan və Bakıda müxtəlif yerlərdə çalışan bir qrup ziyalı da təşrif gətirənlər arasındadır.
Təhsil bayramını yüksək səviyyədə qeyd etmək rayonda artıq ənənə halını almışdır. Bu bayramda təhsil ilinə yekun vurulur, nəticələr təhlil edilir, gələcək üçün perspektiv planlardan söhbət açılır.
İsmayıllı təhsilinin davamlı uğurlarıQələmə almağa isə çox şey var
İsmayıllı təhsili respublikada öncül yerlərdən birini tutur. İstər məktəb tikintisi, istərsə də ali və orta ixtisas məktəblərinə tələbə qəbulu sahəsində uğurlu nəticələr bizə imkan verir ki, bu barədə daha geniş danışaq. Bu sahədəki nailiyyətlərimiz son illər daha qabarıqlığı ilə nəzərə çarpır.
Son illər respublikada təhsilə olan qayğı regionlarda da özünü yaxşı göstərir. Ölkə prezidentinin bu sahəyə diqqəti daha da artırmışdır. Prezident İlham Əliyev demişdir: “Yüksək təhsil olmasa, gənclər ən mütərəqqi texnologiyalara yiyələnməsələr inkişaf etmiş dövlət qurmaq mümkün deyildir”. İsmayıllı təhsilinin davamlı uğurlarıRayonumuzda ölkə başçısının bu göstərişlərinə ciddi əməl edir. RİH başçısı Mirdaməd Sadıqov rayona gəldiyi ilk gündən bu sahəyə diqqəti nəzərdən qaçırmır. Nəticələr də ürəkaçandır. Təbii ki, uzun illər ömrünü təhsilə həsr etmiş Mirdaməd müəllim bir pedaqoq kimi bu sahənin əhəmiyyətini çox gözəl bilir. Elə diqqət də qayğı da buradan qaynaqlanır desək səhv etmərik. Atalar əbəs deməyiblər: Çörəyi ver çörəkçiyə birini də üstəlik.
Aparıcılar tədbiri açıq elan edirlər. Müğənni Rövşən Teyyubovun ifasında “Tələbə” mahnısı səslənir. Mahnı məclisdəki ali təhsillilərin yaddaşını tələbəlik illərinə qaytarır, axı onlar da bir zamanlar bu hissləri, tələbə adı qazanmaq sevincini yaşamışlar. Müğənninin ifası gurultulu alqışlarla qarşılanır.
İsmayıllı təhsilinin davamlı uğurlarıSöz RİH başçısı Mirdaməd Sadıqova verilir
- İşimlə əlaqədar neçə illər birinci kurs tələbələrini təbrik etmişəm. Bu gün də sizi təbrik etməyə gəlmişəm. Hamınızı bu gözəl bayramda, tələbə adı almaq münasibətilə təbrik edirəm. Arzu edirəm ki, yaxşı tələbə, yaxşı mütəxəssis olasınız, rayonumuzun adını yüksək tutasınız. Axı rayonumuzun təhsil sahəsindəki uğurları respublikada da yaxşı tanınır. Siz də bu nailiyyətləri daha da artırın və onu əldən verməyin. Fəxredici haldır ki, respublikanın bir nömrəli tələbəsi İsmayıllıdandır. Rayonumuza başucalığı gətirən tələbə və mütəxəssislərimiz çoxdur, biz onlarla fəxr edirik. Zəngin maarifçilik ənənələrinə malik olan rayonumuz cari ildə keçirilən respublika və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, idman yarışlarında şagirdlər yüksək uğurlar qazanıblar. Siz gənclər bu nailiyyətləri daha da artırmalısınız.
Çıxışının sonunda Mirdaməd müəllim rayonumuzdan olan və tədbirdə iştirak edən görkəmli ziyalılardan söz açdı. Rayonumuzda hamının onlarla fəxr etdiyini bildirdi, istedadlı şair Musa Yaqub, nəğməkar şair Baba Vəziroğlu və başqaları haqqında xoş sözlər söylədi. Respublikanın ali təhsil ocaqlarına yeni qəbul olunanları yaxşı oxumağa dəvət etdi.
Gələcəyimiz təhsildən asılıdır
İsmayıllı təhsilinin davamlı uğurları
İsmayıllı təhsilinin davamlı uğurları
İsmayıllı təhsilinin davamlı uğurları
İsmayıllı təhsilinin davamlı uğurlarıRayonda təhsilin texniki bazasının daha da artması keyfiyyətə də müsbət təsir göstərir. Son illər xeyli yeni məktəb binası tikilmiş, köhnələri isə əsaslı təmir edilmişdir. 2014-cü ildə Qalınçaq kəndində 360 şagird yeri olan, 80 şagird yerlik Şəbyan kənd ümumi orta və 40 şagird yerlik Külüllü kənd ibtidai məktəblərinin yeni binaları tikilib istifadəyə verilmişdir. Məktəblərin kompyuterlərlə təminatında nəticələr getdikcə yaxşılaşır. Rayonda hər 11 şagirdə bir kompyuter düşür, 38 məktəb internetə qoşulub. Məktəblərdə 35 elektron lövhə quraşdırılıb. Bütün bunlar təhsilin keyfiyyətinin artmasına kömək göstərən amillərdəndir.
Builki tədris ilində rayon üzrə 873 nəfər orta məktəbləri bitirib. Onlardan 312 nəfəri tələbə adını qazanıb. 20 nəfər məzun 600-dən artıq bal toplayıb. Rayon üzrə 48 nəfər məzun 500-600 arası bal toplayaraq tələbə adını qazanmışdır. Şəhər 1 nömrəli tam orta məktəbinin məzunu Əli Mirzəyev 673 bal toplayaraq rayonda birinci olmuşdur. İkinci isə, 654 balla həmin məktəbin digər məzunu Aybəniz Nəsrullayevadır. Ən yüksək bal toplayan 20 nəfər arasında beş nəfəri şəhər 1 nömrəli tam orta məktəbi bitirəndir. Bu təhsil ocağından 500-600 arası bal toplayan xeyli məzun da var. Yola saldığımız tədris ilində beş nəfər məktəbli ayrı-ayrı fənlərdən olimpiadaların qalibi olaraq müxtəlif əyarlı medal alması da yüksək nailiyyətdir. Şəhər 3 nömrəli məktəb-liseyin məzunu Fidan Canalıyeva qızıl medala layiq görülmüşdür.
“İsmayıllı təhsili” jurnalı
İsmayıllı təhsilinin davamlı uğurları
İsmayıllı təhsilinin davamlı uğurları
İsmayıllı təhsilinin davamlı uğurları
İsmayıllı təhsilinin davamlı uğurları
İsmayıllı təhsilinin davamlı uğurları
İsmayıllı təhsilinin davamlı uğurlarıTəhsil bayramında stolların üstündəki, əldən-ələ gəzən əlvan rəngli “İsmayıllı təhsili” jurnalı da diqqəti cəlb edirdi. Qazanılan təhsil uğurların məcmuəsi kimi tərtib edilən bu jurnalın hər il çap olunması artıq ənənə halını almışdır. Məzunlar da, qonaqlar da, müəllimlər də jurnalı maraqla vərəqləyirdilər. Hər il ənənəvi olaraq nəşr edilən bu jurnal oxucularına rayon təhsili haqqında son və ətraflı məlumatları çatdırır. Bununla da İsmayıllı Rayon Təhsil Şöbəsinin xüsusi buraxılışı olan “İsmayıllı təhsili” jurnal ildən-ilə oxucularının sayını artır.
Sevindirici hallar
Bu ilki qəbulda bir maraqlı faktı da qeyd etmək istərdik. Müxtəlif ali məktəblərə qəbul olunan məzunların coğrafiyasının daha da genişlənməsinə sevinməmək mümkünsüzdür. Uzun illər heç bir məzunu ali məktəblərə qəbul olunmayan məktəblərdən tələbə adını alanların adları oxundu. Xəlilli, Kürdeldarbəyli, Sulut məktəbləri belələrindəndir. Bu, sevindirici haldır. Bir sıra məktəblərdən isə daha çox məzun tələbə adını almışdır. Təzəkənd tam orta məktəbindən 41 nəfərdən 22 nəfəri, Mollaisaqlıdan 20 nəfərdən 12 nəfəri tələbədir. Şəhər 1, 5,7 və 4 nömrəli orta məktəblərdən xeyli məzun ali təhsil auditoriyalarında oturacaqdır. Sevindirici haldır ki, Mollaisaqlı məktəbindən əvvəlki illərə nisbətən daha çox məzun tələbə olub. Həmin kənddən olan, rayonda xeyirxah iş adamı kimi tanınan Famil Bağıyev də təhsil bayramında iştirak edirdi. Əslində, Famil hər il rayonda keçirilən təhsil tədbirlərində iştirak edir, fərqlənən tələbə və şagirdlərə qiymətli hədiyyələr, pul mükafatları verir. Bu bayrama da o əliboş gəlməmişdi. 500-600 arası bal toplayan üç nəfər həmkəndlisinə pul mükafatı verdi. RİH başçısı aparatının xətti ilə ən yüksək bal toplayanlara qiymətli hədiyyələr verildi. Hədiyyələri RİH başçısının müavini Sevil Əhmədova və rayon təhsil şöbəsinin müdiri Rasim Orucov təqdim etdi.
Bu tədbirdə hədiyyə almayan olmadı və hamı da razı qaldı.
Tələbədən mahnı payı
Qəbuldan söhbət açmışkən bir faktı da xüsusilə qeyd etmək yerinə düşərdi. İcra başçısı M.Sadıqov məzunları təbrik edərkən bir nəfərin adını xüsusilə çəkdi. Bu, təkcə rayonumuzun deyil, bütün respublikanın adını ucalara qaldıran, respublika muğam müsabiqəsinin ikinci mükafatçısı, hamımızın sevimlisi gənc, bu il tələbə adını qazanmış müğənni Kamilə Nəbiyeva idi. Bu xəbəri zaldakılar gurultulu alqışlarla qarşıladılar. K.Nəbiyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub. Çox gənc olmasına baxmayaraq o, bir çox xarici ölkələrin səhnələrində istedadını göstərə bilmişdir. Kamilə Fransa və digər ölkələrdə keçirilən Azərbaycan mədəniyyət günlərinin iştirakçısı olub.
Sonda isə istedadlı müğənni bir neçə xalq mahnısı ilə tələbə dostlarını təbrik etdi.
Şair tövsiyəsi: - Vaxta dəyər verin!
İsmayıllı təhsilinin davamlı uğurları
İsmayıllı təhsilinin davamlı uğurları
İsmayıllı təhsilinin davamlı uğurları
İsmayıllı təhsilinin davamlı uğurları
İsmayıllı təhsilinin davamlı uğurlarıTədbirdə çıxış edənlərin hamısı tələbə adını almış gəncləri təbrik etməklə bərabər, onlara yüksək qiymətlərlə oxumağı tövsiyə etdilər. Şair Musa Yaqub onları “Eləmədiklərim yandırar məni” şeiri ilə gənclikdə səhvlərdən uzaq olmağa səslədi. Şair Baba Vəziroğlu və digər çıxış edənlər məzunlara tələbəlik həyatında can sağlığı və təhsildə yeni-yeni uğurlar arzuladılar.
Xoş sonluq
2014-2015-ci dərs ilində qazanılmış uğurların, eləcə də ali məktəblərə qəbul olunan tələbələrin şərəfinə xüsusi tort hazırlanmışdır. Tortu kəsmək hüququ yekdilliklə tədbirin qəhrəmanları hesab olunan, daha yüksək bal toplamış Əli Mirzəyevə və qızıl medallı Fidan Canəliyevə verilir. Hamı onları alqışlayır.
Şənlik davam edir, mahnılar, rəqslər bir-birlərini əvəz edir. Hamının sevimlisi, müğənni Sahibə Abdullayeva bir-birindən şux və məlahətli mahnılarını məclis əhlinə ərmağan edir. Onu müğənni Qalib Güləliyev əvəz edir. Gənc müğənni Piralı Şıxıyev də mahnı oxumaqla bərabər məzunları rəqsə dəvət edir. Gənclər bir-birinə qoşularaq rəqs edir, şənlənirdilər. Gənclər müəllimlərini də rəqs meydanına çəkirlər. Onlar da şövq və həvəslə rəqs edərək gənclərlə ayaqlaşmağa çalışırlar. Şənlik xeyli davam edir. Gənclər həvəs və enerji ilə bir neçə gündən sonra başlayacaq dərslər barədə düşünürlər.
Ş.Soltanov
B.Babayev

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!